Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Avropa Mərkəzi Bankı (European Central Bank (ECB)) bazar proqnozuna uyğun olaraq əsas faiz dərəcələrini dəyişməyib və sabit saxlayıb.
Marja xəbər verir ki, qərara əsasən, gecəlik depozit faiz dərəcəsi 2% səviyyəsində qalır. Əsas refinanslaşdırma əməliyyatları üzrə faiz 2,15%, marjinal kreditləşmə faizi isə 2,40% olaraq saxlanılıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bəyanatda qeyd olunub ki, Yaxın Şərqdə davam edən müharibə iqtisadi mənzərəni xeyli qeyri-müəyyən edib. Bu vəziyyət inflyasiya üçün yuxarı yönlü risklər, iqtisadi artım üçün isə aşağı yönlü risklər yaradır.
ECB bildirib ki, artan enerji qiymətləri qısa müddətdə inflyasiyanı ciddi şəkildə yüksəldə bilər. Orta və uzunmüddətli təsirlər isə münaqişənin müddətindən və intensivliyindən, eləcə də enerji qiymətlərinin istehlak və iqtisadiyyata ötürülmə mexanizmindən asılı olacaq.
Bank inflyasiya proqnozlarını yüksəldib: 2026-cı il üçün gözlənti 1,9%-dan 2,6%-a qaldırılıb. 2027-ci il proqnozu 1,8%-dən 2%-ə, 2028-ci il proqnozu isə 2%-dən 2,1%-ə yüksəldilib.
Eyni zamanda iqtisadi artım proqnozları aşağı salınıb: 2026-cı il üçün 1,2%-dən 0,9%-a, 2027-ci il üçün 1,4%-dən 1,3%-ə endirilib. 2028-ci il üçün isə 1,4% proqnozu dəyişməz saxlanılıb. / marja.az

"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb - YENİ QİYMƏTLƏR
"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı
EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb
Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik
Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ
Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib
Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Dünyanın ən varlı 10 adamı
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
"Freelance" nədir?
Onlayn biznes növləri