PAŞA Kapital 2025-ci ilin Maliyyə Göstəriciləri və Yeni Strateji İnkişaf Mərhələsinə dair Mətbuat Konfransı keçirib

PAŞA Kapital 2025-ci ilin Maliyyə Göstəriciləri və Yeni Strateji İnkişaf Mərhələsinə dair Mətbuat Konfransı keçirib03 iyun 2026-cı il tarixində ölkənin yerli kapital bazarlarında media ilə açıq və şəffaf kommunikasiya ənənəsini formalaşdıran PAŞA Kapital İnvestisiya Şirkətinin növbəti mətbuat konfransı keçirilib. "2025-ci ilin Maliyyə Nəticələri və Yeni Strateji İnkişaf Mərhələsinə Keçid" mövzusuna həsr olunan konfrans media nümayəndələrinin aktiv iştirakı ilə baş tutub.
Mətbuat konfransında şirkətin Baş İcraçı Direktoru İsi Mustafayev, Baş İcraçı Direktorun müavini Elnur Fətullayev, Marketinq Direktoru Gülşən Cumayeva iştirak edərək, hesabat dövrünün mühüm göstəriciləri, həmçinin şirkətin fəaliyyəti ilə bağlı son yeniliklərə dair məlumatı media nümayəndələrinə təqdim ediblər.
 Belə ki, Bakı Fond Birjasında qeydə alınan ümumi 105.7 milyard manatlıq ticarət dövriyyəsinin 44.7 milyard manatı birbaşa PAŞA Kapital-ın payına düşüb. Şirkət illik dövriyyəsini 67% artıraraq ümumi bazarda 42.3%-lik pay əldə edib.
PAŞA Kapitalın 2025-ci il üzrə uğurlu fəaliyyətini əks etdirən əsas əməliyyat göstəriciləri:
 
Şirkətin iştirak etdiyi korporativ qiymətli kağız emissiyalarının həcmi 615,8 milyon manat təşkil edib. Anderraytinq üzrə bazar payı 78%-ə çatıb, ilkin yerləşdirmələrin həcmi isə illik müqayisədə 185% artaraq 559 milyon manat olub;
Dövlət qiymətli kağızları üzrə ticarət dövriyyəsi 57% artaraq təxminən 13 milyard manat təşkil edib, bazar payı isə 59%-dən 64%-ə yüksəlib;
Korporativ istiqrazlar üzrə ticarət dövriyyəsi 31% artaraq 1,7 milyard manata çatıb, şirkətin bazar payı isə 40%-ə qədər genişlənib;
REPO əməliyyatları üzrə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 74% artaraq 30,1 milyard manata yüksəlib. Bu seqmentdə bazar payı 20%-dən 37%-ə qədər artıb;
İlkin yerləşdirmələr üzrə əməliyyat həcmi illik müqayisədə 185% artaraq 559 milyon manat təşkil edib.
Nüfuzlu beynəlxalq audit şirkəti EY tərəfindən təsdiqlənmiş rəsmi hesabatlara əsasən, PAŞA Kapital ötən ili rekord maliyyə və əməliyyat göstəriciləri ilə tamamlayaraq ölkənin kapital bazarlarında mövqeyini daha da gücləndirib.
Şirkətin ümumi gəlirləri 2024-cü illə müqayisədə 18% artaraq 9.9 milyon AZN səviyyəsinə yüksəlib.
Hesabat dövründə əldə olunan əsas maliyyə nəticələri aşağıdakılardır:
Şirkətin cəmi kapitalı 13% artaraq 18.7 milyon manata yüksəlib;
Xalis faiz gəliri 47% artaraq 2.4 milyon manata çatıb;
Pul vəsaitləri və qısamüddətli aktivlər 57,7% artaraq 43 milyon təşkil edib;
Şirkətin aktivləri 8 milyon manata çatıb;
Bölüşdürülməmiş mənfəət 16,5% artaraq 18 milyon manata yüksəlib;
Haqq və komissiya gəlirləri 3 milyon manat olub;
Xalis Mənfəət illik müqayisədə 13% artaraq 2.5 milyon manat təşkil edib.
Qeyd edək ki, mətbuat konfransında PAŞA Kapital-ın yenilənmiş səhmdar və idarəetmə strukturu, yeni rəhbər heyəti – Baş İcraçı Direktor İsi Mustafayev və Baş İcraçı Direktorun Müavini Elnur Fətullayev ictimaiyyətə təqdim edilib, həmçinin 2027–2029-cu illəri əhatə edən strateji inkişaf planının əsas istiqamətlərinə dair məlumat verilib.
2025-ci il üzrə şirkətin maliyyə hesabatına dair daha ətraflı məlumatı bu linkə keçid edərək əldə etmək olar:
Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
PAŞA Kapital 2025-ci ilin Maliyyə Göstəriciləri və Yeni Strateji İnkişaf Mərhələsinə dair Mətbuat Konfransı keçiribPAŞA Kapital 2025-ci ilin Maliyyə Göstəriciləri və Yeni Strateji İnkişaf Mərhələsinə dair Mətbuat Konfransı keçiribPAŞA Kapital 2025-ci ilin Maliyyə Göstəriciləri və Yeni Strateji İnkişaf Mərhələsinə dair Mətbuat Konfransı keçiribPAŞA Kapital 2025-ci ilin Maliyyə Göstəriciləri və Yeni Strateji İnkişaf Mərhələsinə dair Mətbuat Konfransı keçirib/ banker.az

Banklar     Tarix: 05 iyun 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri