"Rabitəbank" keçən il mikrokredit portfelini 30% böyüdüb

"Rabitəbank" ASC 2025-ci ildə fərdi sahibkarlara verdiyi mikrokredit portfelini illik müqayisədə 29.6% və ya 37.08 mln. manat artıraraq 162.55 mln. manata çatdırıb.
Banker.az bankın audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir.
Mikro kreditlər bankın ümumi kredit portfelinin 17%-ni təşkil edib. Bir il əvvəl bu göstərici 15% olub.
Portfelin keyfiyyətinə gəldikdə isə, 2025-ci ilin sonunda birinci mərhələdə (ödəmə problemi olmayan kreditlər) olan mikro kreditlərin həcmi 159.58 mln. manat olub ki, bu da ümumi mikro kredit portfelinin 98.2%-nə bərabərdir. 2024-cü ilin sonunda bu göstərici 98.4% təşkil edirdi.
Problemli kreditləri əhatə edən üçüncü mərhələnin həcmi isə 1.54 mln. manatdan 2.45 mln. manata yüksəlib. Nəticədə bu kreditlərin portfeldə payı 1.23%-dən 1.50%-ə çatıb. Bu, mikro kredit portfelində risk səviyyəsinin müəyyən qədər artdığını göstərir.
Mikro kreditlər üzrə ehtimal olunan kredit zərərləri üçün yaradılmış ehtiyatlar il ərzində 75.7% artaraq 2.43 mln. manatdan 4.27 mln. manata yüksəlib. Ehtiyatların portfelə nisbəti isə 1.94%-dən 2.63%-ə yüksəlib.
İl ərzində mikro kreditlər üzrə 1.65 mln. manat yeni aktiv tanınıb. Eyni zamanda 623 min manat məbləğində problemli kredit silinib, əvvəllər silinmiş kreditlər üzrə isə 121 min manat bərpa olunub.
Qeyd edək ki, 2025-ci ildə Rabitəbankın pərakəndə kredit portfeli illik müqayisədə 19.9% və ya 113.88 mln. manat artaraq 687.29 mln. manata çatıb. Artım əsasən nağd pul kreditləri (254.28 mln. manat), ipoteka kreditləri (185.37 mln. manat), mikro kreditlər (162.55 mln. manat) və lombard kreditləri (61.08 mln. manat) hesabına formalaşıb. Portfeldə ən böyük pay 37% ilə nağd pul kreditlərinə məxsus olub, onu 27% payla ipoteka kreditləri və 24% payla yuxarıda qeyd etdiyimiz mikro kreditlər izləyib. İstehlak kreditləri 18.83 mln. manata qədər azalsa da, kredit kartları portfeli 47.1% artaraq 5.08 mln. manata yüksəlib.

Banklar     Tarix: 05 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri