Bu BOKT-ın sahibləri və rəhbərliyi dəyişdi, Bakıda ilk filialını açdı
BOKT 28.09.2004-cü il tarixində Mərkəzi Bankın 164-QB nömrəli lisenziyasına əsasən fəaliyyətə başlamışdır. Bu illər ərzində BOKT "Caspian İnvest" MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır.
MMC-dən Marja.az-a verilən məlumatda bildirilir ki, 2023-cü ilin noyabr ayından etibarən BOKT "Caspian İnvest" MMC-nin təsisçilərinin və rəhbərliyinin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır.
Şirkət önünə qoyduğu məqsədlərdən birinidə həyata keçirdərək 21 dekabr 2023-cü il tarixində BOKT-un Bakı şəhərində yerləşən ilk filialı olan "Binəqədi" filialının açılışını edib.
Hal-hazırda BOKT-un "Ağdam", "Füzuli", "Siyəzən", "Xaçmaz" və "Binəqədi" rayonlarında yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.
BOKT "Caspian İnvest" MMC daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT "Caspian İnvest" MMC tərəfindən təmin olunan məhsul növlərinə biznes kreditləri, lizinq kreditləri, istehlak kreditləri və qızıl təminatlı kreditlər daxildir.
BOKT "Caspian İnvest" MMC-nin İdarə Heyətinin Sədri cənab Salmanov İbrahim Elşən oğlu bildirib: "Növbəti strateji dövrdə BOKT "Caspian İnvest" MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyərək, daha sərfəli şərtlərlə müştərilərə xidmət göstərəcək".





"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Biznes plan necə yazılır?
Ən çox gəlir gətirən onlayn bizneslər
Start-up nədir?
İlon Mask kimdir?
Dünyanın ən zəngin idmançıları