Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaqAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 16 sentyabr 2022-ci il tarixində saat 11:00-da açıqlanacaqdır. Bu faiz qərarı Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul edilən 4-cü faiz qərar olacaqdır. 
29 İyul 2022-ci il tarixində keçirilmiş iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb. Kazımov sədr təyin olunduqdan bəri Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayır.
Marja.az-ın məlumatına görə, xarici mənşəli xərc amilləri inflyasiyanın dinamikasını müəyyənləşdirən başlıca amil olaraq qaldığından (inflyasiyanın böyük hissəsi idxal olunduğundan) Azərbaycan Mərkəzi Bankı faizlərini sabit saxlayır. Hazırda inflyasiya tələbin sürətlə artmasından deyil, təklif tərəfindəki çətinliklər ilə əlaqədardır. Koronavirus pandemiyası, təchizat problemləri, iqlim dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi istehsalın düşməsinə, eyni zamanda təklifin azalmasına səbəb olur. Təklifin azaldığı şəraitdə də qiymətlər yüksəlir. Qiymətlər, təklifin azalması səbəbindən artdığı zaman mərkəzi bankın alətləri işə yaramaya bilər. 
Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitzə görə, faiz dərəcələrinin artırılması təkliflə bağlı problemləri həll etmək əvəzinə, onu dərinləşdirə və inflyasiyanı pisləşdirə bilər. İqtisadçı hesab edir ki, təklif yönlü inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini aqressiv artıran mərkəzi banklar əlavə qiymət artımlarına (inflyasiyanın daha da yüksəlməsinə) səbəb olurlar. Professor Stiqlitz deyib: "Faizlərin artırılması təklif tərəfindəki problemləri həll etmir. Bu, hətta vəziyyəti daha da pisləşdirə bilər, çünki tədarük çatışmazlığını aradan qaldırmaq üçün daha çox investisiya qoyulmalıdır. Faiz dərəcələrinin artırılması bu investisiyaları çətinləşdirir (bahalı edir). Faizlərin artırılması daha çox ərzaq və enerji istehsalına və təchizat problemlərinin həllinə kömək edə bilməz. Uçot dərəcəsinin artırılması problemləri həll etmir, bu, vəziyyəti daha da pisləşdirmək riskini daşıyır".
Azərbaycan Mərkəzi bankının pul siyasətinə həsr olunmuş ötən toplantısından bəri inflyasiyaya amillərində kəskin dəyişikliklər müşahidə edilməmişdir. Son vaxtlar neft və qlobal ərzaq qiymətlərində az da olsa geriləmə baş vermişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 14,2 faiz yüksəlib. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 13,7 faiz yüksəlmişdi.
MƏRKƏZİ BANKIN FAİZLƏRİNİN BAZARDAKI FAZİLƏRƏ TƏSİRİNİ ARTIRMAQ ÜÇÜN YENİ ALƏTLƏRİN TƏTBİQİNƏ BAŞLANILIB
Eyni zamanda Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri etmişdir. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 01.09.2022-ci il tarixindən 4% səviyyəsində müəyyən edilməsi qərara alınmışdır.
"Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılmışdır. Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoymuşdur. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaqdır.
Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayət olunacaqdır ki, bu da pul bazarında faizlərin Mərkəzi Bankın uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaqdır. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir",- Mərkəzi Bank bildirmişdi.
Qeyd edək ki, hazırda Mərkəzi Bankın uçot faiz dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4.00%, yuxarı həddi 9.25%-dir.

Banklar     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi