Bu gün FED 2023-cü il üzrə sonuncu dəfə faiz qərarını açıqlayacaq
Bu gün ABŞ Mərkəzi Bankı (FED) 2023-cü ildə sonuncu dəfə faiz qərarını açıqlayacaq. Qərar Bakı vaxtı ilə saat 23:00-da dərc olunacaq.
Mara.az xəbər verir ki, FED-in faizlərində dəyişiklik edəcəyi gözlənilmir. Mərkəzi Bankın faizlərini 5.25%-5.50% aralığında sabit saxlayacağı gözlənilir.
Digər tərəfdən, dünən açıqlanan məlumatlara görə, ABŞ-da baza aylıq inflyasiya sürətlənib, bu da, FED-in yaxın müddətdə faiz dərəcələrini yüksək səviyyədə saxlayacağına dair gözləntiləri gücləndirib. Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiya aylıq 0,3 faiz artıb. Əvvəlki ayda 0,2 faiz artım olmuşdu. İllik baza inflyasiya isə 4 faiz səviyyəsində dəyişməz qalıb.
Bakı vaxtı ilə saat 23:30-da FED sədri Cerom Pauellin mətbuat konfransı başlayacaqdır. Onun çıxışında və suallara verəcəyi cavablarında deyəcəkləri bazarlara təsir edə bilər.
Federal Ehtiyat Sisteminin (FED) bu gün, ardıcıl üçüncü dəfə faiz dərəcələrini 5,25-5,5% səviyyələrində sabit saxlayacağı gözlənilir, lakin treyderlər FED-in gələn il planları, xüsusən də potensial faiz endirimləri ilə bağlı ipucları axtaracaqlar.
FED-in 2024-cü ildə faizlərini iki iclasda azaldacağı barədə qərar qəbul edəcəyinə dair gözləntilər də mövcuddur. FED-in borclanma xərclərini artmasının təsirlərinin daha çox 2024-cü ildə hiss olunacağı, ABŞ-da tənəzül baş verəcəyi proqnozlaşdırılır. Hesab olunur ki, 2024-cü ildə FED faizlərini aşağı salmağa məcbur olacaq. Lakin bu yaxınlarda FED sədri Pauell faizlərin azaldılmasının müzakirə etməyin tez olduğunu deyib.
Mərkəzi Bank yeni iqtisadi proqnozlarını da açıqlayacaq.
ABŞ-da noyabrda illik inflyasiyası yavaşlayıb və 3,1%-ə düşüb. Bununla belə, baza inflyasiya 4% səviyyəsində inadla yüksək olaraq qalır, bu, FED-in 2% hədəfini iki dəfə üstələyir. Eyni zamanda, inflyasiyada yavaşlamanın əlamətlərinə baxmayaraq, əmək bazarı güclü olaraq qalır. Güclü məşğulluq bazarı istehlak xərclərini və iqtisadi artımı dəstəkləyir. / marja.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?