Bu həftə Dollar 2 faizdən çox ucuzlaşıb
Cümə günü səhər ABŞ dollarınının digər dünya valyutalarına nisbətdə dəyəri bir qədər aşağı düşüb. Həftənin əvvəlindən isə dollar 2% ucuzlaşıb ki, bu da onun iyul ayından bəri ən pis həftəlik dinamikası ola bilər.
Marja.az xəbər verir ki, avro/dollar məzənnəsi əvvəlki bağlanış səviyyəsindən bir avro üçün 1.0991 dollardan 1.1002 dollara yüksəlib, dollar/yen məzənnəsi isə 142.87 yendən 141.62 yenaya düşüb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,1% azalaraq 101,85 bənd təşkil edib.
Həftənin əvvəlindən indeks 2% düşüb, bazar ertəsindən etibarən dollar avroya nisbətən 2,2%, yen qarşısında isə 2,1% ucuzlaşıb. Beləliklə, dolların həftəlik ucuzlaşması iyul ayından bəri ən güclüsü ola bilər.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasının nəticələri ABŞ valyutasına mənfi təsir edir. Çərşənbə günü FED gələn ildən başlayaraq faiz dərəcələrini aşağı salmağa başlaya biləcəyini açıqlayıb. Ənənəvi olaraq, "göyərçin" siqnallar milli valyutanın dəyərini azaldır.
Ticarət zamanı avro və dollara Avrozona və ABŞ-ın daxili statistikası təsir edə bilər.

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?