Bu şirkət daşınar əşyaların girovu ilə 34 milyon manatlıq kreditlər verib - DOLLARDA BORCA PUL AXTARIR
Daşınar əşyaların girov qoyulması müqabilində kreditlər verən "GL" ASC-nin nizamnamə kapitalı 50 min 125 manat artırılır.
Marja xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 2005 manat olan 25 ədəd adi, adlı, sənədsiz səhm emissiya edir.
"GL" Açıq Sәhmdar Cәmiyyәtinin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur. Qeyd edək ki, "Para" bank olmayan kredit təşkilatına Quliyevlər nəzarət edir.
Audit edilməmiş hesabatına görə, 2022-ci ildə "GL" şirkətinin vergidən əvvəlki mənfəəti 3 430 655 manat təşkil edib. Şirkət 2020-ci ildə 1 797 261 manat, 2021-ci ildə isə 3 541 975 manat vergidən əvvəlki mənfəət əldə etmişdi.
31 Dekabr 2022-ci il tarixində "GL" şirkəti 40 326 644 manat cəmi aktivlərə, o cümlədən 33 926 855 manat kredit portfelinə malik olub. Şirkət 2021-ci ilin sonunda 33 997 558 manat cəmi aktivlərə, o cümlədən 30 590 161 manat kredit portfelinə malik idi.
Ötən ilin sonunda "GL" 36 883 083 manat cəmi öhdəliklərə və 3 443 560 manat cəmi kapitala malik olub.
15%-LƏ 400 MİN DOLLAR BORC ALIR
Xəbər verdiyimiz kimi, "GL" Açıq Sәhmdar Cәmiyyәti hәr birinin nominal dәyәri 1000 ABŞ dolları olan 400 әdәd faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazlar buraxır. Tədavül müddəti 5 il olan istiqrazlar üzrә illik faiz dәrәcәsi 15% tәşkil edir.
"GL" ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir.Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.
/ marja.az

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İban nədir?
IBAN nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Amazonda satış etmək üçün bilməli olduqlarınız