BVF: Azərbaycanın Mərkəzi Bankı maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Rouz Bordonun AZƏRTAC-a verdiyi müsahibədə Azərbaycanın iqtisadi inkişafı, maliyyə sektorunda dayanıqlılıq və struktur islahatlarının əhəmiyyəti yüksək dəyərləndirilib.
Müsahibədə xüsusilə Azərbaycan Mərkəzi Bankının roluna, bank sektorunun sabitliyinə və dövlət maliyyəsinin şəffaflığına dair müsbət fikirlər diqqət çəkir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
BVF-nin fikrincə, Azərbaycan Mərkəzi Bankı son illərdə maliyyə sektorunun tənzimlənməsi və risklərin idarə olunması sahəsində mühüm addımlar atıb. Prudensial nəzarət mexanizmlərinin gücləndirilməsi, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi və maliyyə sabitliyinə xidmət edən siyasətlərin həyata keçirilməsi nəticəsində ölkənin bank sektoru ümumilikdə dayanıqlı və etibarlı olaraq qalır.
BVF həmçinin dövlət maliyyə şəffaflığının artırılması sahəsindəki təşəbbüsləri alqışlayır. Fiskal risklərin qiymətləndirilməsi, büdcə qaydalarının təkmilləşdirilməsi və şəffaf hesabatlılıq Azərbaycanın beynəlxalq imicini dəstəkləyən addımlar kimi qiymətləndirilir. Bu istiqamətdə görülən işlər nəticəsində Azərbaycan 2023-cü ildə Açıq Büdcə Tədqiqatında 125 ölkə arasında 23-cü yeri tutub – bu da dövlət büdcə prosesində şəffaflığın ciddi şəkildə irəlilədiyini göstərir.
Eyni zamanda, müsahibədə Azərbaycanın kifayət qədər maliyyə ehtiyatına malik olduğu və BVF-nin kredit proqramına ehtiyac duymadığı xüsusi vurğulanır. Bu, ölkənin maliyyə sabitliyinə, makroiqtisadi idarəetmədə müstəqil qərarvermə imkanlarına və fiskal dayanıqlığına güclü inamın göstəricisidir.
BVF Azərbaycanda davam edən rəqəmsal islahatları, vergi inzibatçılığı və dövlət satınalmalarında rəqəmsal həllərin tətbiqini dəstəklədiyini, bu sahələrin fiskal şəffaflığı artırmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı da genişləndirdiyini bildirir.
Fond, Azərbaycanın neft-qazdan kənar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində atdığı addımları mühüm hesab edir, lakin daha geniş islahatlara ehtiyac olduğunu da qeyd edir – xüsusilə dövlət müəssisələrinin transformasiyası və özəl investisiyaların təşviqi sahəsində.
BVF ilə Azərbaycan arasında əməkdaşlıq IV maddə üzrə məsləhətləşmələr, texniki yardım və strateji tövsiyələr çərçivəsində davam etdirilir. Müsahibədə göstərilir ki, bu əməkdaşlıq davamlı iqtisadi artımı dəstəkləmək və makroiqtisadi sabitliyi qorumaq məqsədi daşıyır. / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?