"Caspıan Energy Club" Şəkiyə - Biznes-Tur Təşkil Edib - FOTOLAR
"Caspian Energy Club" üzvləri Şəki şəhərinə və Şəki şəhərində fəaliyyət göstərən istehsalat müəssisələrinə biznes tur təşkil ediblər. Bu barədə FED.az-a "Caspian Energy Club" sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Biznes turun ilk günü "Caspian Energy Club" üzvləri Şəkinin turizm potensialı ilə tanış olmaq məqsədi ilə Şəki Xan sarayını, Qala divarlarını, Yuxarı karvansarayı, Sənətkarlar evi və Qoruq ərazisini ziyarət etdilər. Həmçinin biznes tur çərçivəsində Şəki "ABAD" Keramika və Tədbiqi Sənət Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış oldular. Ziyarət çərçivəsində sənətkarlarla görüşlər keçirildi və fikir mübadiləsi aparıldı. Bu görüş nəticəsində "Caspian Energy Club" üzvləri ilə əməkdaşlıq və birgə həyata keçirilə biləcək lahiyyələr müzakirə olundu.
Biznes turun ikinci günü B2G forum ilə başlandı. Bu forumda Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ilə "Caspian Energy Club" üzvlərinin görüşü keçirildi.
Biznes-Forumdan sonra "Azəripək" MMC-yə səfər təşkil olundu. Həmin səfər zamanı "Caspian Energy Club" üzvləri Azəripək MMC-nin rəhbəri Səməd Nəbiyev və müəssisənin mütəxəssisləri ilə görüşüb fikir mübadiləsi apardılar, istehsalat prosesi ilə yaxından tanış olub, təkliflər irəli sürdülər.
Biznes turun davamında "Green Factory" MMC nin rəhbəri Zəka Xanlarovla birlikdə aqrar sahələrdə oldular, soyuducu sistemlərinə baxış aparıb, xüsusi logistik imkanlarla yaxından tanış oldular. Ziyarət sonunda Zəka Xanlarov "Caspian Energy Club" üzvlərinin suallarını cavablandırdı, birgə əməkdaşlıq və verilən təklifləri müzakirə etdi.
Biznes turun növbəti ünvanı Yaponiya sərmayələri və yeni innovativ texnologiyaları əsasında fəaliyyət göstərən "Şhaki Tobacco" MMC idi. Ziyarət zamanı klub üzvləri "Şhaki Tobacco" MMC rəhbəri Azər Yusifova təkliflərini irəli sürdülər və əməkdaşlıq haqqında fikir mübadiləsi apardılar.
Ən böyük maraq "Bio Garden" MMC-in təsisçisi və rəhbəri Etibar Nuriyevlə görüş zamanı oldu. Öz ərazisində aqroturizm, ecoturizm potensialını və geniş imkanlarını birləşdirən məkan "Caspian Energy Club" üzvlərini yüksək qiymətləndirdi. Görüş zamanı maraqlı təkliflər irəli sürüldü və bir sıra şirkətlərlə əməkdaşlıq haqqında ilkin müzakirələr aparıldı.
Biznes turun üçüncü günü Şəki Şərab zavodu ziyarət olundu. Rusiyanın tanınmış sahibkarı Boris Titov tərəfindən sərmayə qoyulmuş müəssisənin yeni imkanları müzakirə olundu. Şəki Şərab zavodunun rəhbəri Vidadi Həsənov öz təcrübəsi ilə bölüşdü, istehsalat planı və yeni istehsal xətləri haqqında geniş məlumat verdi. Şərabların dequstasiyası zamanı Vidadi Həsənov "Caspian Energy Club" üzvlərinin suallarını cavablandırdı, əməkdaşlıq üçün təklifləri dəyərləndirdi.
Biznes turun son nöqtəsi ənənəvi olaraq Şəkinin "Əli Əhməd" şirniyyat evi oldu. "Caspian Energy Club " üzvləri istehsal prosesi ilə tanış oldular. Qonaqlar böyük məmnüniyyətlə öz ailə üzvləri və dostlarına həddiyə olaraq şirniyyat məhsullarını əldə etdilər.
Biznes turun sonunda "Caspian Energy Club" üzvləri Şəki şəhər İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirdilər.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Onlayn biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İKEA şirkətinin tarixi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?