Caspian Energy Club-un nümayəndə heyəti Qazaxıstana - SƏFƏR EDİB - FOTOLAR

Caspian Energy Club-un nümayəndə heyəti Qazaxıstana - SƏFƏR EDİB - FOTOLARCaspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Almatıda biznes-turda iştirak edib. 
FED.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un mətbuat xidmətindən məlumat verilib.
İşgüzar səfərin ilk günü Caspian Energy Club üzvləri və top-menecerlər, qazaxıstanlı həmkarları ilə birlikdə Almatı şəhərinin turizm imkanları ilə yaxından tanış olublar. Almatının aparıcı restoran və otel şəbəkələrinin sahibləri ilə görüşlər keçiriblər.
Həmin gün Azərbaycanın Almatıdakı baş konsulu Anar Hüseynov ilə görüş keçirilib. Görüşdə Qazaxıstanda yaşayan və işləyən tanınmış azərbaycanlı iş adamları iştirak ediblər.
    Səfərin növbəti günü, Caspian Energy Club üzvləri, Qazaxıstanın beynəlxalq KIOGE sərqi və konfransında iştirak ediblər.
Konfransda Qazaxıstanın energetika naziri Bolat Akçulakov,  Azərbaycanın energetika naziri Pərviz Şahbazov, AO NK "Kaz MynayQaz"-ın idarə heyyətinin sədri Maqzym Mirzəqaliyev, AO NK "QazaxQaz"-ın idarə heyyətinin sədri Sanjar Jarkeşov, "Tenqizşevroyl"-un prizidenti Kevin Layon, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayz, "SOCAR"-ın vitse prezidenti Xaliq Məmmədov və bir çox məsul şəxslər və Caspian Energy Club üzvləri arasında silsilə görüşlər keçirilib.
Görüşlərdə Telman Əliyev "Caspian Energy Kazakhstan"-ın yeni sədri, Zaur Mustafayevi təqdim edib və gələcəkdə görüləcək qarşılıqlı iş mübadiləsinin inkişafından, Qazaxıstanla əlaqələrin daha da  genişləndirilməsindən danışıb.
"Caspian Energy Kazakhstan"-ın sədri Zaur Mustafayev də bu görüşlərdə, birgə biznes forumların və biznes-turların keçirilməsinin, Azərbaycan və Qazaxıstan arasında ikitərəfli biznes və iqtisadi əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə töhfə verən birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Növbəti gün, Qazaxıstan səfəri çərçivəsində Almatıdakı "Atameken" Milli Sahibkarlar Palatasının direktor müavini Akerkin Eraliyeva və Qazaxıstan Neft-Qaz və Enerji Kompleksi-"Kazenergy"təşkilatları  Assosiasiyasının rəhbəri, direktor Kenjebek İbraşev və icraçı direktor Baurjan Umirzakov ilə görüşlər baş tutub.
Hər iki görüşdə assosiasiyalar arasında informasiya mübadiləsi sahəsində ikitərəfli əməkdaşlıq, neft-qaz və qeyri-neft sektorlarında birgə tədbirlərin keçirilməsi müzakirə olunub.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycan və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 11 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti


iqtisadi xeberler bitkoin qiymeti bank faizleri valyuta mezennesi iqtisadiyyat xeberleri