"CatMod Azərbaycan" seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib

"İcbari Sığorta Bürosu"nun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zəruri edir. Ölkəmizdə yaşayış binalarının və sənaye obyektlərinin tikintisinin intensiv inkişafı fonunda isə ayrı-ayrı şəhərlər, yaşayış məntəqələri və tikinti obyektləri  üzrə zəlzələ təhlükəsinin dərəcəsinin etibarlı və elmi əsaslarla qiymətləndirilməsinə xüsusi ehtiyac yaranır.
Bu qiymətləndirmə fövqəladə hallar və onların yarada biləcəyi mümkün sosial-iqtisadi zərərlərə qarşı ölkənin müdafiə sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Katastrofik risklərin effektiv idarə olunması məqsədilə beynəlxalq təcrübənin, o cümlədən bu sahədə qabaqcıl mövqeyə malik olan qardaş Türkiyə Respublikasının müvafiq təcrübəsinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən təbii fəlakətlər, xüsusilə zəlzələ riskləri üzrə analitik modellərin hazırlanması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilir.
İcbari Sığorta Bürosu ilə Türkiyənin "T-Rupt" Texnoloji A.Ş. şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq  "CatMod Azərbaycan" adlı seysmik risk modeli hazırlanıb.
Layihə çərçivəsində görülmüş işlərin icra vəziyyətini müzakirə etmək məqsədilə Türkiyənin "T-Rupt" Texnoloji A.Ş. şirkətinin nümayəndələri ilə görüş keçirilib.Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyətinin və sığorta sektorunun iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, hazırlanan modelin əsas məqsədi təbii fəlakətlərin daşınmaz əmlaka mümkün təsirini obyektiv şəkildə qiymətləndirmək, sığorta şirkətləri üçün risklərin daha dəqiq modelləşdirilməsini təmin etməkdir. Bununla yanaşı, model sığorta sektorunun fövqəladə hallara hazırlıq və cavabvermə imkanlarını gücləndirməyi hədəfləyir.
 "CatMod Azərbaycan" layihəsi ölkədə daşınmaz əmlakın icbari sığortası sisteminin dayanıqlığının artırılmasına, risklərin elmi əsaslarla idarə olunmasına və sığorta bazarının uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verəcək.
/ marja.az

Banklar     Tarix: 30 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya