"Cənub Qaz Dəhlizi"nin istiqrazların emissiya prospektinə dəyişiklik edilib
"Cənub Qaz Dəhlizi" QSC-nin 2014-cü ildə buraxdığı 917 320 800 ABŞ dolları dəyərində istiqrazların LİBOR dərəcəsi beynəlxalq təcrübəyə əsəsən alternativ analoji dərəcə ilə əvəz edilib.
Bu barədə istiqrazları əldə etmiş Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bildirilib.
Məlumata görə, buna səbəb maliyyə bazarlarında LİBOR dərəcəsinin dərc olunmasının və istifadəsinin bu il iyunun 30-dan dayandırılmasıdır.
Xatırladaq ki, söhbət hər hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 9 173 208 ədəd faizli, sənədsiz, təminatsız, adlı istiqrazlardan gedir. Səhmdar cəmiyyətinin Müşahidə Şurasının iyulun 4-nə qəbul etdiyi qərara əsasən, istiqrazların emissiya prospektinə dəyişiklik edilib. / banker.az

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Az pulla hansı işi qurmaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznesə aid ən yaxşı 10 kitab