"Çin dünya iqtisadiyyatına zərər vurur"

"Çin dünya iqtisadiyyatına zərər vurur"ABŞ Maliyyə naziri Skott Bessent, Pekinin qlobal təchizat zəncirlərinə təsir edən nadir torpaq elementləri və kritik minerallar üzərində genişmiqyaslı ixrac nəzarətləri tətbiq etməsindən sonra Çini dünya iqtisadiyyatına zərər vurmağa çalışmaqda ittiham edib.

Biznes.az xəbər verir ki, Bessent Financial Times-a verdiyi müsahibədə bildirib ki, Çinin bu nəzarətləri tətbiq etməsi, öz iqtisadiyyatındakı problemləri əks etdirir. ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə Cənubi Koreyada görüşməsindən üç həftə əvvəl qəbul edilən bu qərar diqqət çəkib.

Bessent deyib: "Bu, onların iqtisadiyyatının nə qədər zəif olduğunun göstəricisidir və hamını özləri ilə birlikdə aşağı çəkmək istəyirlər. Müştərilərə zərər verməyin yaxşı fikir olduğu bir növ leninçi biznes modeli ola bilər, amma onlar dünyanın ən böyük tədarükçüsüdürlər. Qlobal iqtisadiyyatı yavaşlatmaq istəsələr, ən çox zərər görəcək olanlar elə özləri olacaqlar."
Bessent əlavə edib: "Onlar hazırda bir tənəzzülün və ya depressiyanın ortasındadırlar və ixracat yolu ilə bundan çıxmağa çalışırlar. Problem ondadır ki, bu, onların dünyadakı mövqelərini daha da pisləşdirir."

Çinin nadir torpaq elementləri və kritik mineralların tədarükünə dair geniş məhdudiyyətlər elan etməsindən sonra Tramp 1 noyabrdan etibarən Çindən idxal olunan mallara əlavə 100 faiz gömrük rüsumu tətbiq etməklə hədələyib.

Məsələyə bələd bir şəxs bildirib ki, ABŞ tərəflər razılığa gəlmədiyi təqdirdə görüləcək cavab tədbirlərini hazırlayır. Həmin şəxs əlavə edib ki, ABŞ bu həftə Vaşinqtonda keçiriləcək Dünya Bankı və BVF iclaslarında G7 nazirləri bir araya gələndə mövzuya prioritet verəcək.

Məsələyə yaxın iki başqa mənbə isə bildirib ki, ABŞ Çinə proqram təminatı ixrac edən şirkətlərdən lisenziya almağı tələb etməyi nəzərdən keçirir və bu addım Çin sənayeləri üzərində ciddi təsir göstərə bilər.

ABŞ-ın yüksək vəzifəli bir rəsmisi Financial Times-a deyib: "Avqust ayında Li Çenqqanq, keçən həftə ortaya çıxan Çinin hazırkı hücum istiqamətlərinin çoxunu əvvəlcədən göstərmişdi. O, işlər istədiyi kimi getmədiyi halda ABŞ-ın ‘cəhənnəm oduna’ məruz qalacağını deməkdə olduqca sərbəst və çox aqressiv idi". Rəsmisi əlavə edib ki, Li nadir torpaq elementlərini birbaşa qeyd etməsə də, "bütün gözləntilərin fövqündə cavab tədbirləri görəcəyik" demişdi.

Maliyyə     Tarix: 14 oktyabr 2025

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler kripto emlak xeberleri bitkoin biznes krediti