Daha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyib

Daha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyib"Bank Avrasiya" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) 1 milyon 91 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 2 milyon 798 min manat xalis zərər ilə bağlamışdı.
30 Sentyabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC-nin bölüşdürülməmiş mənfəəti 21 milyon 124 min manat təşkil edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank Avrasiya"nın faiz gəlirləri 456 min manat və ya 5,2% artaraq 9 milyon 228 min manat, qeyri-faiz gəlirləri isə 532 min manat və ya 34,8% artaraq 2 milyon 59 min manat təşkil edib. 
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank Avrasiya"nın faiz xərcləri 24 min manat və ya 1,7% arataraq 1 milyon 408 min manat, qeyri-faiz xərcləri isə 771 min manat və ya 19% aratarq 4 milyon 837 min manat təşkil edib.
Beləliklə, əməliyyat gəlirlərinin 988 min manat artmasına qarşılıq əməliyyat xərcləri 795 min manat artıb. Yəni, gəlirlərdəki artımın 80%-ni xərclərdəki artım silib. Nəticədə, qalan  20%-lik hissə əməliyyat mənfəətində 193 min manatlıq artım yaradıb. 
2022-ci ilin 9 ayında "Bank Avrasiya" ASC-nin cəmi əməliyyat gəlirləri 11 milyon 288 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 245 min manat, əməliyyat mənfəəti 5 milyon 42 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 10 milyon 299 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 450 min manat, əməliyyat mənfəəti 4 milyon 849 min manat təşkil etmişdi. 
2022-ci ilin 9 ayında "Bank Avrasiya" 5 milyon 42 min manat əməliyyat mənfəətinin 3 milyon 952 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Nəticədə Bank 9 ayı 1 milyon 91 min manat xalis mənfəət ilə bağlayıb. Ötən ilin 9 ayında "Bank Avrasiya" 4 milyon 849 min manat əməliyyat mənfəətinə qarşı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 7 milyon 647 min manat ayırdığı üçün həmin dövrü 2 milyon 798 min manat xalis zərər ilə bağlamışdı. 
Kreditlər Bank üçün gəlir formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10 milyon 671 min manat və ya 9,3% artaraq 124 milyon 892 min manata çatıb. Bankın istehlak kreditləri portfeli 3 milyon 75 min manat, biznes kreditləri portfeli 835 min manat, ipoteka kreditləri portdeli 6 milyon 761 min manat artıb. 
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın cəmi aktivləri 38 milyon 56 min manat və ya 22,7% artaraq 205 milyon 500 min manata yüksəlib. Bankın qiymətli kağızlara investisiyalarında da artım baş verib.
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın depozit portfeli 14 milyon 363 min manat və ya 28,7% artaraq 64 milyon 431 min manata yüksəlib. 
Cari ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 22 milyon 346 min manat və ya 50% artaraq 67 milyon 68 min manata yüksəlib. 
30 Sentyabr 2022-ci il tarixində "Bank Avrasiya" ASC 72 milyon 344 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 70 milyon 932 min manat məcmu kapitala malik idi.
Daha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyibDaha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyibDaha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyibDaha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyibDaha bir bank 2022-nin 9 ayında mənfəət ilə işləyib

Banklar     Tarix: 24 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler biznes ideyalari bitkoin dollar manat kursu dollar kursu