Daha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIB

Daha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIB"Azər Türk Bank" ASC (ATB) 2023-cü ilin 1-ci yarısını (yanavr-iyun) 7 milyon 152 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 812 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər Türk Bank"ın xalis mənfəəti 8,8 dəfə artıb.
Marja.az xəbər verir ki, "Azər Türk Bank"ın faiz gəlirləri 2023-cü ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 29 milyon 162 min manat, qeyri-faiz gəlirləri isə 60,8% artaraq 14 milyon 424 min manat təşkil edib. 
2023-cü ilin ilk 6 ayında "Azər Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 43 milyon 586 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 33 milyon 55 min manat, əməliyyat mənfəəti 10 milyon 531 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 778 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlar ayırıb, 1 milyon 600 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 6 ayında "Azər Türk Bank"ın cəmi əməliyyat gəlirləri 23 milyon 219 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 231 min manat, əməliyyat mənfəəti 988 min manat, ehtiyatlara ayırma 177 min manat təşkil etmişdi.
BANK KƏSKİN BÖYÜYÜB
"Azər Türk Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində 250 milyon 890 min manat və ya 41,9% artaraq 30 iyun 2023-cü il tarixində 849 milyon 859 manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 120 milyon 94 min manat və ya 41,9% artaraq 406 milyon 834 manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 87,1% və ya 96 milyon 809 min manat artaraq 207 milyon 927 min manata, ipoteka kreditləri portfeli 22% və ya 27 milyon 835 min manat artaraq 154 milyon 647 min manata yüksəlib, biznes kreditləri portfeli isə 9,3% və ya 4 milyon 550 min manat azalaraq 44 milyon 260 min manata düşüb. 
Həmçinin 2022-ci ilin sonunda"Azər Türk Bank"ın cəmi aktivləri 965 milyon 157 min manata çatmışdı. 
"Azər Türk Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 161 milyon 534 min manat və ya 72,6% artaraq 384 milyon 143 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 97 milyon 598 min manat artaraq 206 milyon 148 min manata, hüquqi şəxslərin depozitləri isə 63 milyon 935 min manat artaraq 177 milyon 994 min manata yüksəlib .
30 İyun 2023-cü il tarixində "Azər Türk Bank" ASC  71 milyon 440 min manat məcmu kapitala malik olub.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.  Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Daha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIBDaha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIBDaha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIBDaha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIBDaha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIBDaha bir bank maliyyə vəziyyətini açıqladı - XALİS MƏNFƏƏTİ 9 DƏFƏYƏ YAXIN ARTIB

Banklar     Tarix: 19 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne