Daha bir bankın böyüklüyü 500 milyon manat səviyyəsini keçib

Daha bir bankın böyüklüyü 500 milyon manat səviyyəsini keçib"Expressbank" ASC 2023-cü ili 12 milyon 15 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 12 milyon 409 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin cüzi azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırılan vəsait ilə əlaqədardır. Ötən il Bankın əməliyyat mənfəəti 2 milyon 559 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 76 milyon 631 min manat, cəmi əməliyyat xərcləri  (faiz və qeyri-faiz xərcləri) 58 milyon 87 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 18 milyon 543 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon  657 min manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb və 3 milyon 871 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri 66 milyon 697 min manat, cəmi əməliyyat xərcləri 50 milyon 712 min manat, əməliyyat mənfəəti 15 milyon 985  min manat təşkil etmişdi. Eyni zamanda, eyhiyatdan qayıdan 605 min manat mənfəətə əlavə edilmişdi. Bank 16 milyon 590 min manat mənfəətindən 4 milyon 181 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "Expressbank"ın cəmi gəlirləri 9 miylon 934 min manat, cəmi xərcləri 7 milyon 375 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 2 milyon 559 min manat daha çox olub.
ÖTƏN İL AKTİVLƏRİ 123 MİLYON MANATDAN ÇOX ARTIB
Ötən il "Expressbank"ın cəmi aktivləri 123 milyon 272 min manat və ya 28,2% artaraq 31 dekabr 2023-cü il tarixində 560 milyon 228 min manata çatıb. Ötən il ik dəfə Bankın cəmi aktivləri 500 milyon  manat səviyyəsini keçib. 
İPOTEKA PORTFELİ KƏSKİN ARTIB
Ötən il "Expressbank"ın cəmi kredit portfeli 112 milyon 169 min manat və ya 37,8% artaraq 409 milyon 253 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 29 milyon 993 min manat artaraq 189 milyon 362 min manata, biznes kreditləri portfeli 17 milyon 548 min manat artaraq 113 milyon 393 min manata, ipoteka kreditləri portfeli 64 milyon 628 min manat artaraq (2,5 dəfə) 106 milyon 498 min manata yüksəlib. 
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən il "Expressbank"da depozitlər 37 milyon 304 min manat artaraq 230 milyon 411 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 897 min manat artaraq 152 milyon 135 min manata, hüquqi şəxslərin depozitləri isə 36 milyon 406 min manat aratraq 78 milyon 276 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Expressbank" 127 milyon 825 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 126 milyon 544 min manat məcmu kapitala malik idi.
Daha bir bankın böyüklüyü 500 milyon manat səviyyəsini keçibDaha bir bankın böyüklüyü 500 milyon manat səviyyəsini keçibDaha bir bankın böyüklüyü 500 milyon manat səviyyəsini keçib

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes