Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
İclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.
Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi, eləcə də ümumi çağırışların həlli və əlaqəliliyin gücləndirilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.
Cənub Qaz Dəhlizi (CQD)
Cənub Qaz Dəhlizi Məşvərət Şurası dəhlizin Azərbaycan qazını artan sayda istehlakçıya etibarlı və rəqabətli şəkildə çatdıran ötürmə sistemi kimi mühüm rolunu xüsusi vurğulayıb. Regional tərəfdaşlar dəhlizin ardıcıl beşinci ildir uğurla fəaliyyət göstərdiyini qeyd edərək bunun Aİ-nin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. 2025-ci ildə Azərbaycan və SOCAR tərəfindən Aİ üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz tədarük edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir.
Məşvərət Şurasında qaz hasilatı və ötürmə infrastrukturu sahəsində baş verən cari dəyişikliklər, eləcə də qarşıdakı illərdə tədarükün daha da artırılması baxımından maliyyələşdirmə və investisiya tələbləri və şərtləri müzakirə olunub. İclasda, həmçinin metan emissiyalarının azaldılması və qarşısının alınmasına dəstək verən Qlobal Metan Vədi və "Neft-Qaz Metan Tərəfdaşlığı 2.0" (OGMP 2.0) kimi təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
"Yaşıl enerji"
Beynəlxalq Enerji Agentliyi (BEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən aparılan qiymətləndirmələrə əsasən, elektrikləşməyə daha sürətli keçid və elektrik şəbəkələrinə, eləcə də enerji saxlanma sistemlərinə investisiyaların artırılması təmin edilməzsə, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əldə olunan irəliləyişlər 2030-cu ilədək və sonrakı dövrdə tələb olunan emissiya azalmalarına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və xərclərə qənaətə tam şəkildə gətirib çıxarmayacaqdır. Azərbaycan və Avropa Komissiyası qlobal elektrikləşmə gündəliyinin irəli aparılmasına hazır olduqlarını təsdiqləyib, "Qlobal Enerji Keçidləri Forumu"nun COP31 kontekstində həyata keçirdiyi təşəbbüsləri alqışlayıblar.
İştirakçılar Türkiyədə baş tutacaq COP31 tədbiri ərəfəsində enerji sistemlərinin çevikliyi, sərhədlərarası interkonnektorlar və enerji keçidini mümkün edən normativ-hüquqi mexanizmlər üzrə sıx əməkdaşlığın davam etdirilməsi niyyətini müsbət qarşılayıblar.
Energetika naziri Pərviz Şahbazov bildirib: "Elektrik enerjisinə artan tələbat fonunda təbii qazın çevik və əsas strateji enerji mənbələrindən biri kimi inkişafının, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı kritik rolun əhəmiyyətini bir daha təsdiqlədik. Azərbaycan və Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji potensialını vahid sistemdə birləşdirərək Avropa ilə inteqrasiya olunmuş, şaxələndirilmiş və uzunmüddətli enerji təhlükəsizliyinə xidmət edən regionlararası yaşıl enerji dəhlizi və interkonnektorları üzrə əməkdaşlığımızı strateji gündəliyimizin prioritet istiqamətlərindən biri kimi təsbit etdik. Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də "yaşıl enerji" ilə genişləndirməkdən məmnundur.
Komissar Dan Yorqensen deyib: "Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir. Bu gün biz qaz tədarükünün təmin edilməsindən və metan emissiyalarının azaldılmasından elektrik şəbəkələrinin modernləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə əməkdaşlığı gücləndirdik. Azərbaycan və bütövlükdə region bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və regional əlaqələr sahəsində gələcək əməkdaşlıq üçün böyük potensiala malikdir. Cənubi Qafqaz ekoloji cəhətdən təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər. Avropa şirkətləri öz texnologiyaları, investisiyaları və təcrübələri ilə töhfə verməyə maraqlıdırlar. Hökumətlər, maliyyə qurumları və özəl sektorla əməkdaşlıq edərək bu vizyonu gerçəkləşdirə bilərik." / marja.az

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Whatsapp biznesin üstünlükləri nələrdir?