"Deloitte": Azərbaycanda şirkətlərin yarıdan çoxu gəlir artımı gözləyir, amma riskli qərarlardan çəkinir

Azərbaycanda biznes mühiti sabit olaraq qalır, lakin sahibkarlar arasında ehtiyatlı nikbinlik hökm sürür.
Ən sərfəli biznes kreditləri ayıran banklar – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Oktyabr, 2025)
FED.az xəbər verir ki, bu barədə "Deloitte" şirkətinin "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib.
Azərbaycanda keçirilən "Biznes etimadı sorğusu"nun 2024-cü il nəticələri göstərir ki, sahibkarlar gəlir artımı ilə bağlı ehtiyatlı, lakin nikbin gözləntilərə malikdir. Respondentlərin 52,5 %-i növbəti 12 ayda gəlirin qismən artacağını, 25 %-i dəyişməyəcəyini, 12,5 %-i azalacağını, 10 %-i isə əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. Bundan başqa, sorğuda iştirak edən şirkətlərin 47,5 %-i əməliyyat xərclərinin qismən artacağını gözləyir. Respondentlərin 30 %-i əməliyyat xərclərinin dəyişməyəcəyini, 12,5 %-i qismən azalacağını, 10 %-i isə əhəmiyyətli dərəcədə artacağını bildirib.
Sorğuya əsasən, əməliyyat mənfəətinin qismən azalacağını düşünən şirkətlərin sayı əvvəlki illə müqayisədə artaraq, 47,5 %-ə yüksəlib. Ötən il bu rəqəm 37 % olub. Bu, bizneslərin gəlirlilik baxımından daha ehtiyatlı davranmağa başladığını göstərir. Şirkətlərin 32,5 %-i əməliyyat mənfəətinin dəyişməyəcəyini, 20 %-i qismən artacağını proqnozlaşdırır.
Respondentlərin 60 %-i əmək haqlarının qismən artacağını gözləyirlər. Şirkətlərin 55 %-i isə kapital dəyərinin qismən artacağını proqnozlaşdırır.
Siyasi və iqtisadi mühitlə bağlı qeyri-müəyyənlik orta səviyyədə qiymətləndirilib - 62,5 %. Respondentlərin 65 %-i riskli qərarların qəbul olunması üçün 2024-cü ilin uyğun vaxt olmadığını bildiriblər.
Əsas risk amilləri sırasında inflyasiya, maliyyələşmə çətinlikləri və tələbin azalması öndə gəlir. Şirkətlərin 70 %-i maliyyələşmə problemlərinin orta və ya yüksək təsirə malik olduğunu qeyd ediblər. Təchizat zəncirindəki pozulmalar da diqqət çəkir. Şirkətlərin 27,5 %-i təchizat zəncirindəki pozulmaların onlara ciddi təsir göstərdiyini qeyd edib.
Hesabata əsasən, sorğunun nəticələri göstərir ki, Azərbaycanda biznes mühiti sabit, lakin ehtiyatlı optimizm mərhələsindədir. Şirkətlər gəlir artımını gözləsə də, mənfəət marjasına təsir edə biləcək risklər və xərclərin yüksəlməsi onlarda narahatlıq yaradır. (Report)

Biznes     Tarix: 18 oktyabr 2025

Oxşar xəbərlər

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri