Deputat: "Real sektorun inkişafı üçün Bank Məcəlləsinin qəbul edilməsi vacibdir"
"Mərkəzi Bankın rəhbərliyi ilə bir dəfə görüşmüşük. Hazırkı dövrdə bir daha görüşmək çox aktualdır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, real sektorun mütləq əksəriyyəti banklarla bağlıdır: "Banklarda faiz dərəcələrinin aşağı salınması, real sektorun inkişafına şərait yaratması üçün Bank Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik. Üçüncü istiqamət isə Büdcə Məcəlləsinin qəbul edilməsi ilə bağlıdır. Üçüncü blok məsələ isə sosial məsələlərin tənzimlənməsi ilə bağlıdır. Bu qanunların bir hissəsi Əmək və sosial siyasət komitəsinə, bir hissəsi isə bizə aiddir. Biz bir neçə qanunlara dəyişiklik hazırlamışıq. Yaşayış minimumu, minimum əməkhaqqı və ehtiyac meyarı ilə bağlı hər zaman qaldırdığımız məsələ var idi. Sənədlərdə yaşayış minimumu anlayışı havada asılı vəziyyətdədir. Bundan başqa Rəqabət Məcəlləsinin də qəbul edilməsi çox vacib hesab edirik". / banker.az

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?