"Deyirlər, padşah gerçək deyil": saxtakar sindromu nədir və onu necə aradan qaldırmaq olar

"Sadəcə bəxtim gətirdi", – deyə menecer yeni vəzifəyə gələndən sonra fikirləşir. "İndi iş yoldaşlarım həqiqətdə bacarıqsız biri olduğunu başa düşəcəklər", – deyə proqramçı yeni layihədə iştirak edəcəyini öyrəndikdən sonra özü-özünə deyir. "Onlar, yəqin ki, nəyisə qarışdırıblar", – deyə şirkət tərəfindən işə götürülən namizəd tərəddüd edir.
Bu hekayələrdən ən azı biri ilə tanışsınızsa, təbrik edirik: siz də qəhrəmanlarımız kimi saxtakar sindromuna meyllisiniz. Saxtakar sindromu nədir və onu necə aradan qaldırmaq olar? Gəlin bunu birlikdə araşdıraq.
Saxtakar sindromu nədir?
Saxtakar sindromu – bir insanın istənilən uğuru təsadüf hesab edərək, buna layiq olduğuna inanmadığı bir vəziyyətdir. "Saxtakarlar" elə hesab edirlər ki, onlar sadəcə lazımi anda lazımı yerə düşüblər və öz peşəkarlıqları ilə bağlı başqalarını çaşdırıblar.
Bu fenomen nisbətən yaxınlarda, 1978-ci ildə psixoloqlar Polin Rouz Klens və Syuzan Ayms tərəfindən aşkar edilmişdir. Tədqiqatçılar akademiyada uğurlu qadınların özlərini çox vaxt yersiz hiss etdikərini müəyyənləşdiriblər. Ləyaqətləri onlara şansın nəticəsi kimi görünürdü.
Əvvəllər "saxtakar sindromu"ndan yalnız peşəkar qadınların təsirləndiyinə inanılırdı. Bununla belə, sonrakı araşdırmalar göstərdi ki, bu fenomen hər iki cinsdən olan insanlar arasında baş verir və təkcə nəyəsə nail olmuş mütəxəssislər deyil, həm də tələbələr.
Səbəblər
"Saxtakar sindromu"nun formalaşması və inkişafı iki böyük qrupa bölünə bilən amillərdən asılıdır: daxili və xarici.
Daxili amillərə insanın şəxsi keyfiyyətləri daxildir: mükəmməllik, yüksək daxili standartlar, özünə qarşı çox sərt tələblər.
Xarici – ailə tərbiyəsi və mühit. Məsələn, valideynlər uşağa qarşı çox tələbkar idilərsə, o düşünür: "Sevilmək üçün həmişə zirvədə olmaq lazımdır". Çox vaxt sindromun inkişafına həm xarici, həm də daxili amillər təsir göstərir.
"Saxtakar sindromu"nun əlamətləri:
– peşəkar uyğunluğuna dair şübhələr;
– bacarıqsız olduğunun ifşa olunması qorxusu;
– uğurun istedad və səylə deyil, təsadüf nəticəsində əldə edilməsinə inanmaq;
– nailiyyətlərini qəbul etməyi bacarmamaq;
– xroniki uğursuzluq qorxusu;
– daimi günahkarlıq hissi;
– özünə qarşı həddindən çox tələbkar olmaq;
Sindromun bir və ya bir neçə əlamətini özünüzdə aşkar etdinizsə, nə etməlisiniz? Birincisi, panikaya düşməyin: şübhələr demək olar ki, hər birimizdə müxtəlif vaxtlarda olur. İkincisi, sindromun sizi nə qədər narahat etdiyini qiymətləndirin.
Necə aradan qaldırmaq olar
Nəhayət, əsas suala gəlirik: nə etməliyik? Qeyd edək ki, "saxtakar sindromu"ndan 100% qurtulmağa çalışmayın, çünki kiçik dozalarda bu hətta faydalıdır. Sizin əsas vəzifəniz onun təzahürlərini rahat səviyyəyə endirməkdir.
Üsul 1: hissləriniz haqqında danışın
Bir çox "saxtakar" öz təcrübələrini bölüşməyə çəkinir. Onlara elə gəlir ki, insanlar onlar haqqında pis düşünəcəklər. Amma problem haqqında danışmaq faydalıdır. Bununla tək olmadığımızı hiss edirik, məsələyə müxtəlif tərəflərdən baxırıq. Sindromun əlamətlərinə qarşı əsas "alət" – emosiyaları bloklamaq deyil, onları yaşamaqdır.
Üsul 2: bacardığınızı başqalarına da öyrədin
"Saxtakar" elə düşünür ki, o heç nə bilmir və bacarmır. Bunu təcrübə yolu ilə yoxlamaq ən təsirli metoddur. Mütləq başqalarına öyrədəcək bir şeyiniz var. Problem ondadır ki, biz çox vaxt bacarıq və qabiliyyətlərimizi təbii qəbul edirik və onlara çox əhəmiyyət vermirik.
Üsul 3: özünü haqqında fikirləri dəyişdirin
"Mən bu uğura layiq deyiləm", "Əslində, dəyərsizəm", "Bütün bunlar təsadüfən baş verib" – bu və digər fikirlər "saxtakarların" ağlını doldurur. Odur ki, özünüzə 30 dəqiqə vaxt ayırın. Sindromun "hücumları" zamanı ağlınızda yaranan bütün mənfi düşüncələri və münasibətləri dəftərinizə yazın.
Üsul 4: səhvlər jurnalını tutun
Səhvlərə görə panikaya düşməmək üçün özünüzə daha tez-tez xatırlatmalısınız ki, hamı səhv edir, hətta bizim büt hesab etdiyimiz insanlar belə. Məsələn, Tomas Edison deyirdi: "Mən heç vaxt uğursuzluqla üzləşməmişəm. Mən sadəcə işləməyən 10 000 yol tapmışam".
Üsul 5: nailiyyətlərə diqqət ayırın
"Saxtakar sindromu"ndan əziyyət çəkən insanlar hər şeyə görə şəraitə borclu olduqlarına inanırlar. Bəli, bəzən həqiqətən bəxtimiz gətirir, amma əslində bu, göründüyündən daha gec-gec olur.
Nəticə
"Saxtakar sindromu" – illüziyadır. O, faktlara deyil, sizin fikirlərinizə əsaslanır. Nə istədiyinizi düşünün: potensialınızı 100% reallaşdırmaq və parlaq, maraqlı hadisələrlə dolu həyat sürmək, yoxsa sindromun təsirinə düşərək əbədi olaraq "evin içində" qalmaq.

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler online pul qazanmaq valyuta mezennesi bitkoin qiymeti bitkoin almaq