Dollar Avro qarşısında 6 ayın ən aşağı səviyyəsindədir

Dollar Avro qarşısında 6 ayın ən aşağı səviyyəsindədirDünən ABŞ prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına gözləniləndən daha sərt tariflər elan etməsindən sonra Dollar ucuzlaşıb.
Marja xəbər verir ki, Dollar qarşısında güclü performans göstərən Avro 1,3% də bahalaşaraq 1,0990 dollara yüksəlib (Bakı vaxtı ilə saat 11:00-a olan məlumat). Bu, oktyabrın 9-dan bu yana ən yüksək səviyyədir. Bazarlar "silkələnən kimi" investorlar "təhlükəsiz sığınacaq" olaraq görünən Yapon yeni və İsveçrə frankına da üz tutublar.
Tramp daha əvvəl alüminium, polad və avtomobillərə əlavə rüsumlar tətbiq edib və Çindən gələn bütün məhsullara rüsumları artırıb. Yeni tariflər Trampın Ağ Evə qayıtdıqdan sonra başlatdığı ticarət müharibəsini dərinləşdirib, eyni zamanda qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları artırıb. 
Bazar riskdən qaçır
Capital.com-un baş bazar analitiki Kyle Rodda, "Bazarlar hazırda riskdən kənar rejimdədir və daha zəif qlobal iqtisadi artım üçün qiymətlər təyin edirlər" deyib. Rodda, investorların, yaxın günlərdə ticarət tərəfdaşlarının tarifləri yenidən müzakirə etmək şansının olub-olmadığını və daha çox ticarət məhdudiyyətlərinin mümkünlüyünü qiymətləndirəcəklərini söyləyib. 
Riskli valyutalar düşür, Yen və İsveçrə frankı möhkəmlənir
Yeni tariflərin açıqlanması ilə riskli aktivlərin satışı baş verib. Avstraliya dolları 0,5 faiz ucuzlaşaraq 0,6268 dollara, Yeni Zelandiya dolları isə 0,26 faiz ucuzlaşaraq 0,5730 dollara düşüb.
İnvestorlar təhlükəsiz sığınacaq kimi görünən Yapon yeni və İsveçrə frankına üz tutublar. Yen dollara nisbətdə təxminən 1 faiz bahalaşaraq 147,99, İsveçrə frankı isə 0,8787-ə qədər möhkəmlənib.
Saxo Bankın baş makrostrateqi Con Hardi, "Yapon yenisi mütləq "təhlükəsiz liman" ticarətində ön sıralarda olacaq" deyib. O, ABŞ Xəzinədarlığı istiqrazlarının xüsusilə qısamüddətli gəlirlilik baxımından da təhlükəsiz "sığınacaq" ola biləcəyini əlavə edib.
Avro və Sterlinq bahalaşıb
Tarif elanından sonra avro və Britaniya funt-sterlinqi bahalaşıb. Milli Avstraliya Bankının baş valyuta strateqi Rodriqo Katril bildirib ki, Avropa ticarət müharibəsinə cavab verməkdənsə, öz iqtisadiyyatını dəstəkləməyə diqqət yetirir və bazarlar bu sakit və ölçülü yanaşmanı alqışlayır.
Çin yuanı və Meksika pesosu zəifləyib
Trampın qərarından sonra Çinin xaricdəki yuanı son bir ayın ən aşağı səviyyəsinə düşüb. İnkişaf etməkdə olan bazarlarda Meksika pesosu dollar qarşısında 0,25 faiz dəyər itirərək 20,2520 səviyyəsinə düşüb.
Qızıl bahalaşıb
ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Dünya ölkələrinə 10%-50% civarında gömrük vergiləri (tariflər, və ya rüsumlar) tətbiq etdiyini açıqladıqdan sonra bir unsiya qızılın qiyməti 3167 dollar səviyyəsinə yüksələrək rekord yeniləyib. İlin əvvəlindən qızıl 20 faiz bahalaşıb.  / marja.az

Maliyyə     Tarix: 03 aprel 2025

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler en son xeberler bitkoin almaq investisiya 1000 manatla biznes