Dollar major valyutalar qarşısında bir qədər dəyər qazanıb - GÜNƏ BAXIŞ

Dollar major valyutalar qarşısında bir qədər dəyər qazanıb - GÜNƏ BAXIŞDünən ABŞ-dan "Conference Board" İstehlakçı İnamı İndeksi göstəricisinin proqnozların altında açıqlanmasına baxmayaraq, dollar major valyutalar qarşısında bir qədər dəyər qazandı.
Hal-hazırda EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0828, 1.2615 və 151.663 səviyyələrində ticarət olunurlar. Dollar indeksi 0.05% artaraq, 104.35 bənd təşkil edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd etmək lazımdır ki, Yaponiya Bankının idarə heyətinin üzvü Naoki Tamuranın ultra-yumşaq monetar siyasətinin yavaş, lakin davamlı şəkildə dayandırılmasının vacibliyi haqqında açıqlamalarından sonra, USDJPY məzənnəsi 1990-cı ildən bəri ən yüksək səviyyəyə qalxıb. Ötən həftə isə, mart toplantısının nəticələrinə əsasən, Yaponiya Bankı son 17 ildə ilk dəfə olaraq uçot faiz dərəcəsini -0.1%-dən 0-0.1%-ə qədər qaldırdı.
Həmçinin çərşənbə axşamı Avropanın əsas fond indeksləri Almaniyada İstehlakçı İnamı İndeksi ilə bağlı məlumatların proqnozların üzərində açıqlanmasından sonra yüksəlişlə bağlanıblar. Günün sonunda Britaniyanın "FTSE 100" indeksi 0.15% artaraq 7929.46 bənd, Fransanın "CAC 40" indeksi 0.41% artaraq 8184.75 bənd, Almaniyanın "DAX" indeksi isə 0.76% artaraq 18399.23 bənd təşkil edib.
Eləcə də, çərşənbə axşamı günün ikinci yarısında qızılın qiymətinin artım tendensiyası bir qədər səngiyib. Nyu-Yorkun "Comex" birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 2.2$ və ya 0.1% artaraq 2178.6$ olub. Gümüşün may fyuçerslərinin dəyəri isə 1.11% ucuzlaşaraq 1 unsiya üçün 24.617$ təşkil edib.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 27 mart 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari