Dollar valyutalar qarşısında öz mövqelərini bir qədər itirib - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da inflyasiyaya dair göstəricilərin açıqlanmasından öncə, dollar major valyutalar qarşısında öz mövqelərini bir qədər itirib. Belə ki, hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0765, 1.2575 və 145.53 hədlərində ticarət olunurlar.
Ekspertlər hesab edirlər ki, ölkədə illik inflyasiya göstəricisi öncəki ay ilə müqayisədə noyabr ayında 3.2%-dən 3.1%-ə enib. Onların fikrincə inflyasiyanın yavaşlaması valyuta üçün müsbətdir amil olacaqdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Həmçinin analitiklər ABŞ Federal Ehtiyatlar Sisteminin toplantısını gözləməyə davam edirlər. Onların proqnozlarına əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlayacaq. Qeyd edək ki, qərar çərşənbə günü açıqlanacaq.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.1% geriləyərək 103.99 bənd təşkil edib. Dolların ucuzlaşması əmtəələrə, o cümlədən neftə olan tələbi dəstəkləyir və onları digər valyutalarda satın almaq üçün daha əlçatan edir. Hal-hazırda "Brent" markalı neftin bir bareli dünya birjalarında 76.66$-a, "WTI" markalı neftin bir bareli isə 71.87$-a ticarət olunur.
Bugün Böyük Britaniyada açıqlanacaq İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər və Almaniyada dərc olunacaq "ZEW" İqtisadi Aktivlik İndeksi göstəriciləri də investorların maraqla gözlədikləri hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?