Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaq

Dövlət ABB-nin əsas səhmdarı kimi qalacaqABB-yə özəl investisiyaların cəlb edilməsi son illər Bankda gedən inkişaf proseslərini daha da sürətləndirəcək.
"Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı barədə medianın suallarını cavablandırarkən ABB-nin mətbuat xidmətindən belə bildirilib.
Qeyd edilib ki, Azərbaycan dövlətinin Bankın əsas böyük səhmdarı kimi qalması, dövlətin iştirak payının kiçik həcmlərdə azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşlarının dövlət müəssisələrinin idarə edilməsində iştirakının genişləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı və alternativ investisiya imkanlarının yaradılması məqsədilə Banka iri özəl investorların deyil, minoritar səhmdarların cəlb olunmasına üstünlük veriləcək.
Mətbuat xidmətindən o da bildirilib ki, ötən bir neçə il ərzində ABB-nin kapital mövqeyinin gücləndirilməsi, fəaliyyətinin səmərəliliyi, müasir korporativ standartlara uyğun idarə edilməsi, rəqəmsallaşdırılması, kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilib və mühüm nəticələr əldə olunub. ABB inkişaf layihələrini bu gün də uğurla davam etdirməkdədir.
Dövlət müəssisələrinə özəl investisiyaların cəlbi ABB-nin son dövrlər yeni biznes istiqaməti kimi fəal şəkildə daxil olduğu qiymətli kağızlar bazarının inkişafına yol açacaq. Bankın idarə edilməsində vətəndaşların iştirakını genişləndirəcək və korporativ idarəetmənin tətbiqini şaxələndirəcək: "Bütün bunlar yeni strateji dövrdə ABB-nin öz hədəflərinə çatması üçün əlavə imkanlar yaradacaq" – mətbuat xidmətinin açıqlamasında qeyd edilib. / banker.az

Banklar     Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler bitcoin emlak xeberleri kripto kicik biznes