Dövlət Agentliyinin gəlirləri kəskin artsa da, onu zərərdən "qurtara" bilməyib

Dövlət Agentliyinin gəlirləri kəskin artsa da, onu zərərdən Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) publik hüquqi şəxs keçən ili də zərərlə bitirib.
Banker.az xəbər verir ki, şirkət 2023-cü il üzrə maliyyə hesabatı ərzində 2.71 milyon manat zərər etməklə zərərli fəaliyət illərinin müddətini bir qədər də uzadıb. Şirkət 2022-ci ildə 9.48 mln. manat zərər etmişdi. Bu, illik müqayisədə zərərin 74 faiz azalması deməkdir.
Zərərin bu qədər çox azalmasını dəstəkləyən amil isə AERA-nın gəlirlərinin öncəki ildən böyük fərqlə yuxarı olmasıdır. Agentliyin gəlirləri 2022-ci ildə 4.5 mln. manat olduğu halda, bu rəqəm növbəti ildə 11.95 mln. manata kimi 165 faiz artım nümayiş etdirib.
Dövlət təşkilatı gəlirlərin yüksəlməsi fonunda əməkhaqqı xərclərini optimallaşdırıb. Məsələn, öncəki ildə 8.4 mln. manatlıq əməkhaqqı xərci bu il 8.32 mln. manata enib.
Beləliklə, hesabatdakı növbəti zərər onun kapitalındakı yığılmış mənfəəti "yeyib" və 1.63 mln. manat yığılmış mənfəət mövcuddur.
Aktivlərin həcmi 12.03 mln. manatdan 8.9 mln. manata, öhdəlikləri isə 3.03 mln manatdan 2.61 mln. manata düşüb.
AERA gəncdir. Qurum Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlayıb. AERA elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

Maraqlı     Tarix: 20 noyabr 2024

Oxşar xəbərlər

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir


iqtisadi xeberler pul qazanmaq kicik biznes rubl mezenne dollar mezenne