Dövlət büdcəsi daha çox sosialyönümlüdür" - AÇIQLAMA

Dövlət büdcəsi daha çox sosialyönümlüdürƏsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir. İnkişaf edən sahələrdən biri də iqtisadiyyatdır ki, burada da əsas təməl prinsipi azad sahibkarlığın təmin olunmasıdır. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır. Belə ki, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və inkişaf etdirilməsi, eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin formalaşdırılması üçün təşviqatın aparılması dövlətin qarşısında prioritet təşkil edib. Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, mühit, xüsusən də "bir pəncərə" sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına daha da geniş imkanlar açıb. Təkcə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 6704 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınıb. Bütün bu addımlar azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, liberal iqtisadiyyat dövlətin müdaxiləsinin, tənzimləməsinin və vergilərin az olduğu, xarici ticarətin sərbəst, rüsumların isə çoxluğu ilə seçilən bir iqtisadiyyatdır: "Liberal sözünün kökündə azadlıq var. Yəni burada dövlət çox tənzimləmələr etməməlidir. Hətta liberal iqtisadiyyatın tərəfdarları dövlətin rolunu "gecə mühafizəçisi" kimi görürlər. Belə bir bədii ifadə üsulları da mövcuddur. Əslində tam liberal iqtisadiyyat dünyada yox səviyyəsindədir. Bunu az da olsa Amerikada görmək mümkündür. Avropada isə sosial bazar iqtisadiyyatı hökm sürür. Azərbaycan tam olaraq iqtisadiyyatın liberallaşdırılması yolunu tutmayıb. Ümumdünya Ticarət Təşkilatı ilə 1997-ci ildən danışıqlar gedir. Amma heç kim bu danışıqların səmimiliyinə inanmır. Bu təşkilata qoşulmaq istəmirik, sadəcə müzakirələr aparırıq. Hər il ÜDM-in daha çox hissəsinin büdcə vasitəsi ilə bölüşdürüldüyünü elan edirik. Məsələn, bu il büdcənin ÜDM-ə nisbəti 31,5 faiz olub və rekord rəqəm qeydə alınıb. Dövlət aparatları çox olduqca, mövcud resursları bölüşdürmə cəhdləri ona gətirib çıxarır ki, Azərbaycanda daha çox sosialyönümlü bazar iqtisadiyyatı modeli diqqət mərkəzinə çatır. Bu istiqamətdə qarşımıza  bir konsepsiya və ya strategiya qoyduğumuzu düşünmürəm. Sadəcə olaraq sosial gərginliyin olmamasına çalışırıq. Bu da sosialyönlü bazar iqtisadiyyatının formalaşmasına gətirib çıxarır".
Dövlət büdcəsi daha çox sosialyönümlüdürXalid Kərimli bildirib ki, azad sahibkarlıq və liberal iqtiadiyyat tərəfdarlarının fikrincə, vergilərin və dövlətin tənzimləmələrinin az olması iqtisadiyyatda məhsuldarlığı artırır, daha layiqli şəxslərin varlanmasına gətirib çıxarır: "Sosialyönümlü bazar iqtisadiyyatının da öz şərtləri var. Burada insanlar üçün bərabər şəraitin yaradılması, var-dövlətin qanunla qazanılması və sair tələblər mövcuddur. Büdcəmiz isə daha çox sosialyönümlü olmağa çalışır. Bazarın yaxşı işləməsi üçün rəqabətin çox olması və inhisarçılıqla mübarizə lazımdır. Azərbaycanda vəziyyət bu sahədə bərbaddır.
Sovet dövrünün plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid edə bilsək də, hələ bu sahəni tam formalaşdırmamışıq. Əsas gəlirlərimiz hələ də neft-qaz satışından əldə olunur. Bu gəlirlərin sayəsində nələrisə yarada və məşğulluğu təmin edə bilirik".
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna həsr olunub.
Dövlət büdcəsi daha çox sosialyönümlüdür

Xəbərlər     Tarix: 27 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind


iqtisadi xeberler depozit faizleri en son xeberler biznes krediti kicik biznes