Dövlət Vergi Xidməti 3-dən az işçisi olan mikro bizneslər üçün vergi güzəştində dəyişikliyin məqsədini açıqladı

Dövlət Vergi Xidməti 3-dən az işçisi olan mikro bizneslər üçün vergi güzəştində dəyişikliyin məqsədini açıqladıDövlət vergi Xidməti Vergi Məcəlləsində mikro sahibkarlığa güzəştlərlə bağlı dəyişikliklər barədə məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda bildirilir: 
Məlum olduğu kimi, ölkədə aparılan sosial-iqtisadi siyasət çərçivəsində vergi sistemində həyata keçirilmiş islahatlar biznesdə şəffaflığın təmin edilməsi, dövlət-biznes münasibətlərinin aydın şəkildə qurulmasına hədəflənib. Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində ciddi dəyişikliklər aparılıb, "kölgə iqtisadiyyatı" ilə mübarizə çərçivəsində vergi nəzarəti mexanizmləri təkmilləşdirilib və biznesin fəaliyyətinə effektiv vergi nəzarətin qurulmasında rəqəmsallaşma genişləndirilib, vergi təşviq alətlərindən fəal istifadə edilib.
Mövcud vergi siyasəti təkcə fiskal deyil, eyni zamanda, mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Bu baxımdan dövlət vergi siyasətinin əsas istiqamətləri biznes subyektlərinin böyüməsini təşviq etməklə dayanıqlı vergi mühitinin formalaşması, rəqabət mühitinin qorunması üçün vergi intizamına əməl etməyən şəxslərə qarşı ciddi mübarizənin aparılması və biznesə təşviqlərin verilməsindən ibarətdir.
Bu xüsusda Vergi Məcəlləsinə bir sıra təşviqedici və tənzimləyici müddəalar daxil edilib ki, onlardan biri də mikro sahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştlərinə hədəfli yanaşmadır və bu güzəştlərdən məhz mikro sahibkarların faydalanmasıdır.
Dəyişikliyə səbəb olan hallar:
Ötən dövr üzrə aparılan monitorinqlər, habelə risk yaradan proseslərin analizi çərçivəsində aparılan təhlillər nəticəsində mikro sahibkarlıq subyektlərinin fəaliyyətində risklərin mövcud olduğu müəyyən edilib. Monitorinqlər və vergi nəzarəti tədbirləri zamanı belə subyektlərdə bu kimi vergi güzəştlərindən sui-istifadə halları müşahidə olunub və əməliyyatların əhəmiyyətli hissəsindən süni xərclərin ötürülməsi məqsədilə istifadə edildiyi, dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldıldığı müəyyənləşdirilib.
Təhlillər göstərir ki, mikro sahibkarlıq subyektləri elektron qaimə fakturaların (yəni xərc sənədlərinin) 87,8 faizini məhz mikro olmayan biznes subyektlərinə təqdim edirlər. Xərc sənədlərinin mütləq əksəriyyətinin məhz iş (xidmət) adı altında rəsmiləşdirildiyi, əməliyyatların işçi qüvvəsi və resursu olmadan baş verdiyi müşahidə olunur. Beləliklə, resursu və işçi qüvvəsi olmayan mikro sahibkarların digər biznes subyektlərinə irihəcmli əməliyyatlarla "iş, xidmət" göstərməsi nəticəsində dövlətin dəstək aləti hesab edilən vergi güzəştindən mikro olmayan sahibkarlar faydalanırlar.
Nəticədə, həmin güzəştdən müxtəlif formalarda sxemlər yaratmaqla vergidən yayınmağa çalışan vergi ödəyiciləri istifadə etdiyindən ədalətsiz rəqabət və vergi mühiti yaranır ki, bu da dövlət vergi orqanları ilə intizamlı vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir.
Dəyişikliyin məqsədi:
Mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. Mikro sahibkar həm də işəgötürəndir və iş yeri yaradır. Vergi güzəşti sahibkarın təkcə mikro sahibkarlıq subyekti olmasına görə deyil, əsas hədəflərdən biri kimi həm də iş yerinin yaradılması ilə bağlıdır.
Bu baxımdan hədəfli vergi güzəşti mikro sahibkarlıq subyektinin işçi meyarının 30 faizinin (yəni 10 nəfər işçi meyarından 3 nəfər) ödənildiyi halda tətbiq olunur. Bu, həm mikro sahibkarları iş yeri yaratmağa təşviq edir, həm də qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılmasında iştirak edən, habelə mikro sahibkarlıq subyekti olmayan biznesə "süni xərc" ötürən, onların vergidən yayınmasına şərait yaradan "mikro sahibkarlar"ın destimullaşması ilə nəticələnir.
Digər tərəfdən, dəyişikliklər rəsmiləşdirilməyən faktiki işçilərin rəsmiləşməsini təşviq edəcək.
Beləliklə, vergi güzəşti yanaşması baxımından əldə etdiklərimiz:
- Vergi güzəştləri məşğulluq yaradan mikro sahibkarlara tətbiq edilir;
- Rəsmiləşdirilməmiş faktiki işçilərin rəsmiləşməsi baş verir;
- Pul vəsaitlərini qeyri-real və əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdıran, süni xərc ötürən "mikro sahibkarlar" destimullaşdırılır.
Reallıqda işçisi olmayan, yaxud 3-dən az işçisi olan mikro sahibkarlıq subyektlərinin vergi güzəşti ləğv edilirmi?
3-dən az işçi sayı olan mikro sahibkarların vergi güzəştləri ləğv edilmir, təxirə salınır. Vergi siyasətindəki 3 yanaşmadan biri də məhz biznes subyektlərinin böyüməsini təşviq etməkdir. 3 işçi sayı ilə bağlı meyara cavab verməyən, fərdi qaydada fəaliyyət göstərən sahibkarlara bizneslərini böyütməsi müqabilində, istifadə etmədikləri 75 faizlik vergi güzəştinin yenidən tətbiqi nəzərdə tutulur. Mikro sahibkar fəaliyyətini böyüdərək kiçik sahibkarlıq subyektinə (yaxud orta və ya iri) çevrildikdə, onun əldə etmədiyi vergi güzəştləri son 3 il üzrə cəmlənməklə dövlət büdcəsinə ödəməli olduğu vergilərdən çıxılacaq.
Bu isə güzəştlərin ləğv olunduğunu deyil, cəmlənməklə "hədəfli şəkildə təxirə salındığını" göstərir.
Əldə ediləcək nəticələr:
- mikro sahibkarlıq subyektlərindən kiçik sahibkarlıq subyektlərinə keçid edənlərə güzəştlərin verilməsi biznesin böyüməsini təşviq edir;
- mikro biznesin davamlı fəaliyyət göstərməsi və biznesin "süni şəkildə" bir müddətdən sonra yeni sahibkarlıq kateqoriyasına (kiçik, orta və s) adi edilməməsi məqsədilə bir şəxsin adından başqa şəxsin adına dəyişməsinin və real olmayan "yeni sahibkarların" yaradılmasının qarşısı alınır.

Maliyyə     Tarix: 22 yanvar 2024

Oxşar xəbərlər

Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb

2026-cı ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 696 min 283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə verg

Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı

Avro Bölgəsində 2022-ci ildən bəri ən yüksək inflyasiya artımı qeydə alınıb. Marja xəbər verir ki, bunun nəticəsi olaraq Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini artırmaq məcburiyyətində qala biləcəyinə dair gözləntilə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb

Dövlət Gömrük Komitəsi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb, lakin müsbət saldo kəskin artıb. xəbər verir ki, 2026-cı ilin ilk iki ayında xarici ticarə

Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlk

176,4 milyon artıq vəsait xərclənib - Dövlət Agentliyində çatışmazlıqlar

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var. Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliy

Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac

Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib

Dövlət Statistika Komitəsi ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumatları açıqlayıb. Qeyd edilib ki, 2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olmuş

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur


iqtisadi xeberler dollar kursu bitkoin qiymeti valyuta xeberleri birbank