Dövlət Vergi Xidmətində iqtisadçı-ekspertlərlə görüş keçirilib, təkliflər qeydə alınıb
Yanvarın 19-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli iqtisadçı-ekspertlərlə görüş keçirib.
Xidmətin yaydığı əlumatda bildirilir ki, tədbirdə vergi qanunvericiliyində edilmiş son dəyişikliklər, vergi siyasətinin qarşısında duran əsas məsələlər, vergi inzibatçılığı sahəsində aktual mövzular müzakirə edilib.
DVX rəisi aparılan islahatların, vergi siyasətində ortamüddətli dövrdə əsas istiqamətlər barədə məlumat verib.
DVX-nin vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə ekspertləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İştirakçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb.
Belə görüşlərin mütəmadi qaydada keçirilməsi, xüsusilə vergi qanunvericiliyində dəyişikliklər hazırlanarkən ekspert cəmiyyətinin prosesə daha aktiv cəlb olunması məqbul hesab edilib.
/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?