Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini aşkar edəcək
"Vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması və vergi cinayətlərinin qarşısının alınması dünya ölkələrinin vergi xidmətlərinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 asas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd qeyd olunan prinsiplərin vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim və ya treninq ehtiyaclarının ödənilməsini nəzərdə tutur",
Marja xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin prinsiplərin milli təcrübədə tətbiqi imkanlarını araşdırır, həmçinin ölkəmizdə vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması, vergi hüquqpozmalarının yaranma səbəblərinin aradan qaldırılması yolunda yeni innovativ tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Belə ki, vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqi, "Shell" şirkətlərin yaranması ilə bağlı səbəblərin təhlil olunaraq risklərin müəyyən edilməsi, bununla bağlı hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, vergidən yayınma cinayətlərini törədən vergi ödəyicilərinin faktiki rəhbərlərinin (benefisiarların) aşkarlanması, vergi cinayətləri ilə mübarizə sahəsində risk və təhdidlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin təmin edilməsi və beynəlxalq təcrübə üzrə məlumat mübadiləsinin aparılmasını da həyata keçirəcək.
Qeyd edək ki, Dövlət Vergi Xidməti yaxın müddətdə "çəkindirmə" prosesi çərçivəsində bir sıra vergi cinayətləri üzrə əldə edilmiş nəticələri, bu sahədə aparılan cinayət işlərinin istintaqı barədə məlumatları ictimaiyyətin nəzərinə çatdıracaq. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi