Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə

Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə30 dekabr 2025-ci il, Bakı: Dünya Bankı tərəfindən 2025-ci il üzrə "Business Ready" (B-READY) hesabatı açıqlanıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub. Belə ki, Azərbaycan "maliyyə xidmətləri" komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb.
Qiymətləndirmədə ballar 0-100 intervalında verilib. Bu göstərici tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricidən formalaşıb. Altgöstəricilərdən olan tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal və  əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.
Qeyd edək ki, "Business Ready" hesabatı Dünya Bankı tərəfindən hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir. Hesabatda qiymətləndirmə biznesin açılması, fəaliyyət göstərməsi (və ya genişləndirilməsi) və bağlanması (və ya yenidən təşkili) zamanı şirkətin həyat dövrünü və bazarda iştirakını təşkil edən on mövzu üzrə aparılır. Hər mövzu üzrə bal tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricinin qiymətləndirilməsindən formalaşır. Qiymətləndirilən on mövzudan biri də maliyyə xidmətləridir.
2024-cü ildən etibarən açıqlanan hesabat dünyanın əksər iqtisadiyyatlarını əhatə etməklə, özəl sektorun inkişafı baxımından biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim edir. Hesabat çərçivəsində tənzimləyici mühit, şirkətlər və bazarlar üçün nəzərdə tutulmuş dövlət xidmətlərinin əlçatanlığı, eləcə də bu xidmətlərin əməliyyat səmərəliliyi nəzərə alınır.
Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar təqdim olunub. Sənəddə qeyd edilib ki, 2026-cı ilin sonunadək 164 ölkənin qiymətləndirilməsi nəzərdə tutulur.
Hesabatla ətraflı tanış olmaq üçün müvafiq keçidə daxil olmaq mümkündür: / marja.az

Banklar     Tarix: 31 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya kripto dollar manat kursu