Dünya dördgöz bu qərarı gözləyir - BU GÜN AXŞAM AÇIQLANACAQ
Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, qərar Bakı vaxtı ilə saat 22:00-da bəyan ediləcək. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Hazırda FED-in failəri 5,00%- 5,25% aralığındadır.
May ayında ABŞ-da inflyasiya yavaşlayıb. Bu vəziyyət, FED-in faiz artırmağı dayandırmasına şərait yaradır. ABŞ-da illik inflyasiya 4,9%-dən 4%-ə düşüb (ötən ilin may ayı ilə müqayisədə), bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.
Bəzi iqtisadçıların gözləntisi FED-in İyunda da 0,25 faiz bəndi faiz artıraraq pauza verəcəyidir. Bəzi iqtisadçılar isə FED-in bu iclasa faizlərini sabit saxlayacağını gözləyir.
XXX
Qlobal bazarlarda bütün diqqətlər FED-in faiz qərarına yönəlib. Ümumi gözləntiyə görə, FED-in faiz dərəcələrində və pik faiz proqnozlarında hər hansı dəyişiklik edəcəyi gözlənilmir.
ABŞ-da inflyasiya yavaşladıqdan sonra FED-in iyun ayında faizlərini sabit saxlayacağı gözləntiləri bazarlarda risk iştahını artırıb. Bu il orta hesabla 23 səviyyəsində olan Wall Street-in "narahatlıq göstəricisi" CBOE Dəyişkənlik İndeksi (VIX) 15-dən aşağı düşüb. Bu, riskli aktivlərə olan marağı əks etdirir.
Belə bir vəziyyət xüsusilə birjalarda ralli yaradır. S&P 500 indeksi çərşənbə axşamı 0,7 faiz artaraq dördüncü ticarət gününü müsbət bağlayaraq 4,400 bəndinə yaxınlaşıb.
Yaponiyanın Topix indeksi 1,1 faiz artaraq son 30 ilin zirvəsinə yüksəlib.
FED-in iyun ayında dayanacağı və sonrakı dövrdə faiz artıracağı gözləntiləri ilə ABŞ istiqrazlarının faizləri yüksəlir. İki illik istiqrazların faizi 9 baza bəndi artaraq 4,67%-ə çatıb.
Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında məhdud hərəkət edir. Bloomberg Dollar İndeksi FED-dən əvvəl 1231 bənd səviyyəsində sabitdir.
ABŞ-da inflyasiya illik 9 faizdən 4 faizə düşsə də, inflyasiyanın hələ də FED-in hədəfindən iki dəfə yüksək olması faiz artımlarının iyul ayında da davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirir.

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi