"EBRD"nin prezidenti və "Bank Respublika"nın rəhbərliyi növbəti irihəcmli müqavilə imzalayıb

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti əhəmiyyətli müqavilə imzalayıb.
Bankın yaydığı məlumatda qeyd edilib ki, iki qurum arasında əməkdaşlıq 2004-cü ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.
Yeni saziş çərçivəsində EBRD Bank Respublika üçün Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldlmiş ticarətin maliyyələşdirilməsi proqramını (TFP) genişləndirəcək.
Anlaşma Azərbaycan müəssisələrinin ticarət fəaliyyətini stimullaşdırmaq və beynəlxalq bazarlara daha yaxşı inteqrasiya etmək üçün nəzərdə tutulub. Proqram "Bank Republika"ya ticarətin maliyyələşdirilməsi sahəsində imkanlarını artıracaq və sahibkarlara idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edəcək
""Mən Bakıda olmaqdan və Azərbaycanda olan çoxdankı tərəfdaşımız Bank Respublika ilə bu müqaviləni şəxsən imzalamaqdan çox məmnunam. Biz tərəfdaş bankımıza ölkə üzrə şirkətlərə ticarətin maliyyələşdirilməsi üzrə verdiyi dəstəyi genişləndirməkdən məmnunuq. Əminəm ki, bizim sıx əməkdaşlaığımız Azərbaycanda xarici ticarətin inkişafına öz töhfəsini verə biləcək"- EBRD-nin prezidenti Odil Renaud-Basso bildirib.
"Biz EBRD-nin Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. EBRD ilə tərəfdaşlıq bizim mövqeyimizi gücləndirərək, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyə, həmçinin ölkədə ticarətin maliyyələşdirilməsini dəstəkləməyə imkan verdi. Əminik ki, EBRD-nin prezidenti xanım Odil Renaud-Basso ilə imzalanan sayca 19-cu müqavilə əməkdaşlığımızı gələcəkdə yeni və daha yüksək səviyyəyə qaldıracaq "- deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
/ marja.az

Banklar     Tarix: 19 sentyabr 2022

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi