EDB: Azərbaycan Avrasiya regionunda ən böyük investorlardan birinə çevrilib
Azərbaycan 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında ikinci yerə yüksələrək, Avrasiya regionunda Rusiyadan sonra ikinci ən böyük investora çevrilib.
ARDNF-in vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti müəyyənləşib
FED.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) 2024-cü il üzrə hesabatında deyilir.
Hesabatda Avrasiya regionunda Azərbaycanın investisiya fəallığının artması qeyd edilir.
Nəzərdən keçirilən dövr ərzində toplanmış birbaşa xarici investisiyaların həcmi təxminən iki dəfə - 1,7 milyarddan 3,1 milyard ABŞ dollarına qədər artıb.
Hesabatın müəllifləri Azərbaycanın Ukrayna, Gürcüstan və Qırğızıstandakı bir sıra layihələrini qeyd ediblər.
Belə ki, 2023-cü ilin oktyabrından Azərbaycan şirkəti Qırğız Respublikasında İssık-Kul gölünün sahilində parkı olan beşulduzlu hotelin tikintisinə başlayıb.
"Kara Oy kəndi yaxınlığında 17 hektardan çox ərazidə həyata keçirilən layihənin dəyəri 8-10 milyard Qırğız somu (112 milyon ABŞ dollarından çox) məbləğində qiymətləndirilir", - hesabatda vurğulanır. (Report)

"Azər Türk Bank"da sədr müşaviri təyin edildi
Süni intellekt artıq bank sisteminə yol tapıb? 25 min müştərinin şəxsi məlumatları sızıb
Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə
"Bank Respublika"nın nizamnamə kapitalı artırılır - 320 MİLYON MANATA ÇATACAQ
Tikinti sektoruna verilən kreditləri kəskin artıb
Birbank xidmətinə necə qoşulmaq olar?
Layihə menecmenti nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Amazonda satış etmək üçün bilməli olduqlarınız