Əhali nağd $1.5 milyardı banklarda manata dəyişdirib- İlk dəfə bankların illik alışı satışı üstələyir

Əhali nağd uploads/news/d7ea44379f1ca884a5dfd5f52d27ae81.jpg.5 milyardı banklarda manata dəyişdirib- İlk dəfə bankların illik alışı satışı üstələyirAzərbaycanda bu il valyuta bazarı sabitdir və ölkədə banklar noyabrda əhalidən nağd şəkildə 130.44 milyon ABŞ dolları aldığı halda, onlara cəmi nağd 120.34 mln. dollar satıblar.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Yeddi aydır ki ard-arda alış satışı üstələyir. Yəni 2023-cü ilin 3 ayını istisna qalan bütün aylarda əhalidən banklara doğru dollar axını var.
İlin ilk 11 ayında banklar əhaliyə nağd 1 milyard 337 milyon dollar satmış, əvəzində 1 milyard 495 milyon dollar alış həyata keçiriblər.
Bununla da, son illərdə ilk dəfə ümumi aylar üzrə bankların əhalidən aldığı nağd dollar satışdan üstün olub. Belə ki, 2023-cü ilin ilk 11 ayında əhalidən banklara doğru 158 milyon dollar "axını" olub.
Əhali nağd uploads/news/c74879d0dc1aa6e54d62da6e8cfb8e07.jpg.5 milyardı banklarda manata dəyişdirib- İlk dəfə bankların illik alışı satışı üstələyirManatın konvertasiya məzənnəsi orta ölçüdə oktyabrda 1.6983 USD/AZN olduğu halda, noyabrda 1.6982 USD/AZN-ə düşüb.
ABŞ dollarının valyuta bazarında bol olması Mərkəzi Bank tərəfindən də təsdiqlənir. Hətta AMB son açıqlamalarında valyuta bazarında alışyönlü mövqedə dayandığı, bu bazarda manatını dollara konvertasiya etdiyini bildirir.
Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələmişdir. Bu da onun xarici valyuta ehtiyatlarının artımına səbəb olub.
Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. dolları keçmişdir.
Tənzimləyici bunu ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqələndirir. İlin ilk 9 ayında ölkənin tədiyyə balansı 6.7 mlrd. ABŞ dolları olub və bu ÜDM-in 12.5%-idir.

Banklar     Tarix: 29 dekabr 2023

Oxşar xəbərlər

"ABB" xarici bankda iştirak payı (nəzarət səhm paketi) alacaq

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "ABB" ASC) İdarə Heyəti Sizin nəzəriniz

Bankomatlar vasitəsilə kart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb

Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb. -ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdə

Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. Sənədə deyilir ki, bu

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

 Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyasi"

Bahar fəsli yeni başlanğıcların və yeni fürsətlərin mövsümüdür. Rabitəbank da bu mövsümü müştəriləri üçün daha rahat maliyyə imkanları yaradan xüsusi "Bahar kampaniyası" ilə qarşılayır. Kampaniya çərçivəsində müştərilə

AFB Bank-dan yeni "Mono Əməkhaqqı Kartı" – şirkətlər üçün daha sərfəli maaş layihəsi

AFB Bank şirkətlər və onların əməkdaşları üçün yeni "Mono Əməkhaqqı Kartı" məhsulunu təqdim edir. Yeni məhsul müəssisələrin əməkhaqqı layihələrində daha çevik, sərfəli və müasir bank həllərinə keçidini təşviq etmə

"PAŞA Bank"ın səhmdarlarına mükafat ödəniləcək

Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən "PAŞA Bank" Açıq. Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı 30 aprel 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiy

Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb

Qlobal Pul Həftəsi çərçivəsində Expressbank tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7 və 8ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub. Seminar zamanı şagirdlərə pulun düzgün idar


iqtisadi xeberler depozit faizleri biznes qurmaq valyuta xeberleri dollar kursu