Əhalidən banklara doğru nağd ABŞ dollar axını $108 milyona yüksəlib – Bu məzənnəni endirib

Əhalidən banklara doğru nağd ABŞ dollar axını 8 milyona yüksəlib – Bu məzənnəni endiribAzərbaycanda bankların əhaliyə satdığı nağd ABŞ dolları onlardan alışı üstələməklə konvertasiya məzənnəsi son illərin ən aşağı həddinə düşüb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin ilk səkkiz ayında kommersiya bankları əhaliyə 1 milyard 261.48 milyon ABŞ dolları satdığı halda, onlardan 1 milyard 369.44 milyon dollar alıblar.
Bu da əhali tərəfdən banklara nağd dollarlıq 107.96 milyon dollarlıq axın deməkdir. İndiyə qədər apardığımız müşahidələrdə bankların əhaliyə satdığı nağd dollar onlardan alışı bir neçə aylıq üstələsə də bu ümumi olaraq 8 ayın sonunda üstələyə bilmirdi.
Məsələn, keçən ilin ilk səkkiz ayında banklar əhaliyə  nağd 1 milyard 711.78 dollar satdığı halda onlardan cəmi 1 milyard 121.46 milyon alış həyata keçirmişdilər. Həmin vaxtı əksinə, banklardan əhaliyə doğru 590 milyon dollar axın qeydə alınmışdı.
Banklar tərəfindən alışların satışları üstələməsi məzənnələri də endirib. Məsələn, avqustda konvertasiyanın orta kursu 1.6975 dollar/manat olub.
Eyni hadisə nağd avroda da müşahidə edilib. Belə ki, banklar əhaliyə ilin ilk səkkiz ayında 114.71 milyon avro satdığı halda, onlardan 133.14 milyon avro alıblar. Bu da əhali ehtiyatından banklara doğru 18.43 milyon avroluq axın deməkdir. Ötən ilin eyni dövründə ABŞ dollarında olduğu kimi avroda da fərqli idi. Ötən ilin ilk səkkiz ayında kommersiya bankları əhaliyə 128.61 mln. avro satarkən, onlardan cəmi 84.69 mln. avro almışdılar ki, bu da banklardan əhaliyə doğru 43.92 mln. avroluq axın idi.
Azərbaycanda aprel ayından bu tərəfə valyuta hərracları ilə bağlı açıqlama yayımlanmır. Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı bildirib ki, valyuta hərracları barədə məlumatlar hər ayın sonunda açıqlanacaq, rüblük nəticələr üzrə isə Dövlət Neft Fondu satış həcmlərini təqdim edəcək. O deyib: "Əgər məzənnə dəyişmirsə və ehtiyatlar sabit qalırsa, bu o deməkdir ki, bazarda tələb təklifi qarşılayır."
"Hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir, 20 mln. dollar olanda isə heç bir reaksiya verilmir. Bu, ədalətsiz yanaşmadır."
Baş bankir vurğulayıb ki, valyuta bazarında tələb və təklifin balansını müəyyən etmək üçün iki əsas göstərici var: sabit məzənnə və dəyişməyən ehtiyatlar. Bu iki göstərici tələb və təklif arasında tarazlığın mövcud olduğunu təsdiqləyir.
Azərbaycan Mərkəzi Bankının xarici valyutada olan ehtiyatları 2025-ci ilin iyulunda 0.3% artımla 11 mlrd. 191 mln. dollar təşkil edib. Bu da son ayda 37.3 mln. dollar artım deməkdir.
AMB-nin faiz-dəhlizinə dair son sentyabr iclasda bildirilib ki, cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Banklar     Tarix: 30 sentyabr 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyy

"Bank VTB (Azərbaycan)" 9 ayı 7.7 milyon manat mənfəətlə tamamladı

"Bank VTB (Azərbaycan)" 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil etmişdi. bu barəd

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

"Bank VTB (Azərbaycan)"ın Müşahidə Şurasının üzvü vəzifəsindən ayrılıb

"Bank VTB (Azərbaycan)" ASC-nin Müşahidə Şurasının üzvü Andrey Nikolayeviç Dyaçenko vəzifəsindən ayrılıb. Dyaçenko bankın səhmdarlarının 23 dekabr 2019-cu ildə keçirilmiş növbədənkənar ümumi yığıncağının qərar

"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb

"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk doqquz ayını (yanvar-sentyabr) 9 milyon 246,8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,9% və ya 1 milyon 534,7 min mana

"AccessBank"ın xalis mənfəəti 45 milyon manatı keçib

Digər yerli bankla birləşmə ərəfəsində "AccessBank" QSC 2026-cı ilin yanvar-sentyabr aylarını 45,25 milyon manat xalis mənfəətlə başa vurduğunu açıqladı. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 35,62 milyon manatl

AMB: Kartdan-karta köçürmə tarifləri vətəndaşlara birbaşa şamil olunmur

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır. xəbər verir ki

"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb

"TuranBank" cari ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 602 min manat təşkil etmişdi. Beləliklə, bankın xali


iqtisadi xeberler kicik biznes biznes xeberleri dollar mezenne leobank kart