Əhalinin banklarda müddətli əmanətləri artıb

Əhalinin banklarda müddətli əmanətləri artıbAzərbaycan banklarında fiziki şəxslərin cəmi depozitləri (əmanətləri) 2023-cü ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 17 milyon 601 min manat azalaraq 12 milyard 253 milyon 546 min manata düşüb. Oktyabrın sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 12 milyard 271 milyon 147 min manat təşkil etmişdi. 
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən, müddətli depozitlər 138 milyon 801 min manat artaraq 6 milyard 736 milyon 545 min manata yüksəlib, tələbli depozitlər isə 156 milyon 422 min manata azalaraq 5 milyard 516 milyon 980 min manata geriləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 21,5 milyon manata azalaraq 271,4 milyon manata geriləyib. Oktyabrın sonunda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 292,9 milyon manat təşkil etmişdi. 
2022-ci ilin sonunda fiziki şəxslərin cəmi depozitləri 11 milyard 482 milyon 54 min manat, o cümlədən müddətli əmanətlər 6 milyard 204 milyon 82 min manat, tələbli əmanətlər 5 milyard 278 milyon 861 min manat təşkil etmişdi. Cari ilin 11 ayı ərzində müddətli əmanətlər cəmi 532 milyon 463 min manat, tələbli əmanətlər isə 238 milyon 119 min manat artıb.

Banklar     Tarix: 27 dekabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler valyuta kurslari bank faizleri biznes qurmaq online pul qazanmaq