Əhalinin banklardakı depozitləri üzrə renkinq: həcm, bazar payı və dinamika (01.10.2025)
2025-ci ilin 1 oktyabr tarixinə fiziki şəxslərin banklardakı əmanətlərinin ümumi həcmi 15.38 mlrd. manat təşkil edib ki, bu da ilin əvvəlindən 8.0% artım deməkdir.
Banker.az-ın hesablamalarına görə, bazarın lideri ABB olub — fiziki şəxslərin bu bankdakı əmanətləri 3.15 mlrd. manat səviyyəsindədir və bu, ümumi bazarın təxminən 20.5%-ni təşkil edir.
Onu Kapital Bank (3.09 mlrd. manat, 20.1% pay) və PAŞA Bank (1.76 mlrd. manat, 11.4%) izləyir.
Unibank (1.01 mlrd. manat, 6.5%) və Yelo Bank (879.4 mln. manat, 5.7%) isə ilk beşliyi tamamlayır.
Beləliklə, TOP5-lik fiziki şəxslərin depozitləri bazarının təxminən 64%-ni cəmləşdirib.


Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları