Əhalinin banklardakı əmanətləri 1 milyard manatdan çox artıb
30 İyun 2023-cü il tarixində fiziki şəxslərin banklardakı depozitləri 12 milyard 472,5 milyon manat, o cümlədın müddətli depozitlər 6 milyard 595,5 milyon manat, tələbli depozitlər 5 milyard 877 milyon manat təşkil edib.
Marja.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, may ayının sonu ilə müqayisədə iyun ayında fiziki şəxslərin depozitləri 329,5 milyon manat, o cümlədən müddətli depozitlər 141,5 milyon manat, tələbli depozitlər isə 188 milyon manat artıb.
Ötən ilin sonu ilə müqayisədə, 6 ay ərzində (yanvar-iyun) fiziki şxslərin cəmi əmanətləri 989,6 milyon manat, o cümlədən müddətli depozitlər 391,5 milyon manat, tələbli depozitlər 598,1 milyon manat artıb.
30 İyun 2023-cü il tarixində fiziki şəxslərin cəmi əmanətlərinin 37,1%-ni və ya 4 milyard 628,1 milyon manatını xarici valyutalardakı əmanətlər təşkil edib. Ötən ilin sonunda bu nisbət 39,8% və ya 4 milyard 568,9 milyon manat idi.
30 İyun 2023-cü il tarixində sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 276,3 milyon manat təşkil edib. Onların depozitləri ötən ilin sonu ilə müqayisədə 16,3 milyon manat, iyun ayının sonu ilə müqayisədə isə 18,6 milyon manat artıb.
Əhalinin cəmi əmanətləri (fiziki şəxslərin və fərdi sahibkarların depozitləri) ötən ilin sonu ilə müqayisədə, 6 ay ərzində 1 milyard 5,8 milyon manat, may ayının sonu ilə müqayisədə, iyun ayında isə 348,1 milyon manat artaraq 30 İyun 2023-cü il tarixində 12 milyard 748.8 milyon manata çatıb.
Əhalinin əmanətləri (milyon manat)
01.07.2023 12748.8
01.06.2023 12400.7
01.05.2023 12211.6
01.04.2023 11964.4
01.03.2023 11901.8
01.02.2023 11928.5
01.01.2023 11743.0

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
SWIFT nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları