Əhalinin investisiya kimi manatda depozitə marağı yüksəlir

Əhalinin investisiya kimi manatda depozitə marağı yüksəlirAzərbaycanda manat depozit kimi investisiya cəlbediciliyini gücləndirməkdədir. Banklarında fiziki şəxslərin depozitləri kəskin artaraq 12.83 milyard manatı keçib.
Banker.az bu barədə Mərkəzi Bankın 1 fevral 2024-cü il tarixinə təqdim etdiyi statistik bülletenə istinad edir.
Banklardakı fiziki şəxslərin depozitlərinin həcmi yanvar ayında 1.98%, son bir ildə 9.8% artım nümayiş etdirib.
Artımı əsas səbəb müddətli depozitlərdir. Müddətli banklara müqavilə əsasında müştəriyə faiz gəliri təklif edən depozit növüdür. Bu depozitlərin həcmi təkcə yanvar ayında  231.16 mln. manat və ya 3.36% artaraq  7 mlrd. 113.2 mln. manata yüksəlib.
Ölkədə 2023-cü ilin fevralından etibarən depozit faizlərinə 10%-lik vergi güzəşti ləğv edilmişdi ki, bu depozitlərin gəlirliyinə iki rəqəmli inflyasiya şəraitində təsir etməkdə idi. Cari ildən isə depozitlər inflyasiyanın tənzimləyicinin hədəf çərçivəsinə düşməsi və əlavə olaraq hökumətin milli valyutadakı depozitlərdə fiziki şəxslər üçün güzəşti tətbiq etməsi investisiya baxımından cəlbedici edir. Belə ki, yanvarda illik inflyasiya 1.7%-ə qədər düşüb. Vergi Məsəlləcindəki yeni dəyişiklikdən sonra manatda olan depozitlər aylıq 200 manata qədər faiz gəliri vergidən azad edilir.
Digər tərəfdən isə banklar müddətli depozitlər üzrə gəlirlilik təklifini öncəki illərlə müqayisədə demək olar ki dəyişməz saxladılar. Ölkənin 15 bankı fiziki şəxslər üçün manat depozitləri üzrə gəlirliliyi 9-10.5 faiz aralığında saxlayıblar.
Bununla belə, qeyd edilən vergi güzəştinin tətbiq edilmədiyi xarici valyutada olan müddətli depozitlərdə də artım yüksəlməkdədir. Məsələn, son bir ayda xarici valyutada müddətli depozitlərin həcmi son bir ayda 5 faizdən çox artaraq 2 mlrd. 482.5 mln. manat ekvivalenti olub.
Tələbli depozitlərin həcmi son bir ayda 0.31%, son bir ildə isə 4.1% artımla 5 mlrd. 718 mln. manatı keçib.
Əhalinin investisiya kimi manatda depozitə marağı yüksəlir

Banklar     Tarix: 28 fevral 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq