Əmanətçilərin hücumlarına qarşı Livan bankları qapılarını bağlayıb
Son həftələr depozitləri dondurulan bank əmanətçilərinin silahlı hücumlarına məruz qalan Livan bankları 3 gün müddətinə qapılarını bağlayıblar.
Bununla bağlı qərar qəbul edən Livan Banklar Assosiasiyası polisin banklarda dollar hesabında əmanətləri olan vətəndaşların silahlı hücumları qarşısında aciz olduğunu bildirib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib. Bu ölkənin daxili işlər naziri əvəzi Bəssam Mavlavi isə bəyan edib ki, əmanətçilərin banklara silahlı hücumları hökumətə qarşı olan dairələr tərəfindən təşkil olunur.
Hazırda dərin maliyyə və iqtisadi böhran yaşayan Livanda banklar dollar hesablarında olan əmanətləri "dondurmaqla" yanaşı, valyuta satışını da dayandırıb. Beyrutun "qara bazar"ında 1 ABŞ dolları 38.50 Livan funtuna satılır. Sentyabrın 19-da Livana səfər edən Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti bu ölkəyə əlavə kreditlər ayırmaq üçün iqtisadi islahatların həyata keçirilməsini və ictimai-siyasi sabitliyin bərqərar olmasını tələb edib. / banker.az

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?