Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
"Əmanətlərin sığortalanması haqqında" Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilmişdir.
Bu barədə Marja.az-a Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd olunan Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir.
Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10% təşkil etmişdir.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında, sözügedən Metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12% səviyyəsində saxlanılmasına dair qərar qəbul edilmişdir.
Qeyd edək ki, adı çəkilən Metodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların Fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcəkdir. Məlumat üçün bildirilir ki, məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulmuşdur.
Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: .

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?