Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edildi – SƏRƏNCAM
Tural Qüdrət oğlu Piriyev yenidən Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2025-ci il tarixli sərəncamında deyilir.
Tural Piriyev 1981-ci ildə Bakı şəhərində anadan olub.
Ali Təhsil
2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib.
2014-2015-ci illərdə İngiltərənin Durham Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsi üzrə təhsil alıb.
2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığında müddətli həqiqi hərbi xidmət keçib.
Karyera
2003-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq özəl sektorun müxtəlif sahələrində çalışıb.
2007-2012-ci illərdə "PAŞA Holding" MMC-də hüquqşünas, 2012-2014-cü illərdə "Kapital Bank" ASC-nin hüquq departamentinin direktoru vəzifələrində çalışıb.
Bu müddət ərzində paralel olaraq "Kapital Bank" ASC-nin audit komitəsinin üzvü, "PAŞA Həyat Sığorta" ASC-nin təftiş komitəsinin sədri, "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyinin təftiş komissiyasının üzvü olub.
2016-cı ildən 2020-ci ilin may ayınadək PAŞA Holding" MMC-nin "Türkiyə nümayəndəliyi"nin rəhbəri olub, eyni dövrdə Türkiyədə "PD Turizm ve Gayrimenkul A.Ş." şirkətinin Müşahidə Şurası sədrinin müavini, "Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş." şirkətinin Müşahidə Şurasının üzvü olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.
Xarici dillər
İngilis
Rus
Türk
Ailə vəziyyəti
Evlidir, 2 övladı var.

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın ən varlı 10 müğənnisi
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"Coca-Cola" haqqında 5 maraqlı fakt