"Embafinans"da qanun pozuntusu aşkarlanıb – 24 min manat cərimə
Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində "Embafinans" BOKT QSC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Tətbiq edilmiş nəzarət tədbirləri" məlumatında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "Embafinans" BOKT QSC və onun vəzifəli şəxsi barəsində tədbir görülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.11-ci, 598.12-ci və 598.16-cı maddələrinə əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən "Embafinans" BOKT QSC 20 min manat, onun vəzifəli şəxsi isə 4 min manat məbləğində cərimə edilib.
Beləliklə, təşkilat və onun vəzifəli şəxsinə tətbiq edilən cərimələrin ümumi məbləği 24 min manat təşkil edib.


Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Bitcoin nədir?
SWIFT nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Elon Musk kimdir?