Əmək bazarındakı zəifləmə inflyasiyadan daha böyük risk daşıyır
Minneapolis Federal Ehtiyat Bankının (Fed) sədri Nil Kaşkari bildirib ki, zəifləyən əmək bazarı iqtisadiyyat üçün ani inflyasiya artımından daha böyük risk yaradır.
Biznes.az xəbər verir ki, Kaşkari xəbərdarlıq edib ki, hökumətin fəaliyyətinin dayandırılması zamanı bəzi məlumatların açıqlanmaması iqtisadi artım sürətini qiymətləndirməyi çətinləşdirir və siqnalların yanlış şərh olunması siyasət səhvlərinə yol aça bilər:
"Əmək bazarının kəskin şəkildə zəifləməsi və ya inflyasiyanın yüksəlməsi ehtimalını böyük hesab etmirəm, lakin bu iki risk arasında inflyasiyada güclü artımdansa əmək bazarında mənfi sürpriz ehtimalı daha yüksəkdir. Digər tərəfdən, hansı səhvi etməyimizin daha real olduğunu təxmin etsəm, iqtisadiyyatın əslində olduğundan daha çox yavaşladığını düşünmək ehtimalımızın daha yüksək olduğunu deyərdim".
Kaşkari, inflyasiya səviyyəsinin 4 və ya 5 faizə yüksəlməsini mümkün saymadığını qeyd edib:
"Çünki tarif dərəcələrinin hansı inflyasiyaya çevrildiyini hesablamaq mümkündür. Buna görə düşünürəm ki, inflyasiya riski daha çox davamlılıq riskidir, yəni birdəfəlik hadisə deyil.
O, çıxışında əlavə edib ki, federal hökumətin bağlanması səbəbindən rəsmi iqtisadi məlumatların açıqlanması geciksə də, Fed siyasətçiləri özəl mənbələr və yerli icma müşahidələri vasitəsilə iqtisadi vəziyyət barədə kifayət qədər dəqiq təsəvvürə malikdirlər.
Kaşkari deyib:
"Bağlanma davam edərkən vəziyyəti idarə edə bilərik. Ancaq bu nə qədər uzun çəkərsə, iqtisadiyyatı düzgün oxuduğumuza olan inamım bir o qədər azalır, çünki etibar etdiyimiz ‘qızıl standart’ hökumət məlumatlarının yerini heç nə tuta bilməz".

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?