Ərzaq qiymətləri əhalinin gəlirlərindən daha sürətli artmaqda davam edib
2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 14,7 faiz artaraq 30,3 milyard manat olmuşdur.
Marja xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
"İlkin məlumatlara görə, 2023-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 30 milyard 302,9 milyon manat və ya hər nəfərə orta hesabla 2 min 989,1 manat olmuşdur. Əhalinin sərəncamında qalan gəlirləri 26 milyard 622,9 milyonmanat təşkil etmişdir". - hesabatda bildirilir.
2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8 faiz, qeyri-ərzaq malları üzrə 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.
2023-cü ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manata çatmışdır. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi