Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi

Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi®Daim müştərilərinin rahatlığını düşünən Expressbank biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni "Express Business" mobil tətbiqini istifadəyə verdiyini elan edir.
Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.
Yeni tətbiq nələri təklif edir?
"Express Business" tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:
Asan İmza və ya OTP (birdəfəlik parol) ilə təhlükəsiz giriş
Birdən çox şirkəti olan müştərilər üçün hesablar arasında sürətli keçid
Maliyyə vəziyyətinin istənilən an izlənməsi
Bankdaxili, hesablararası və ölkədaxili köçürmələrin icrası
Ödəniş və köçürmələrə tam nəzarət
Sənədlərin mobil cihaz və ya veb üzərindən imzalanması imkanı
Kart və hesab məlumatlarına baxış, çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan çıxarılması funksiyaları
Expressbank tərəfindən bildirilir ki, bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarət və daha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.
Yeni tətbiq Expressbankın rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

Banklar     Tarix: 21 may 2025

Oxşar xəbərlər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

Dələduz sizin adınıza kredit götürsə, borcu kim ödəyəcək? - Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklə

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi


iqtisadi xeberler bitkoin bitcoin qiymeti internetden pul qazanmaq rubl mezenne