Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Expressbank biznesini genişləndirmək, fəaliyyətini inkişaf etdirmək və maliyyə ehtiyaclarını qarşılamaq istəyən mikro və aqro sahibkarlar üçün 100 000 manatadək mikro kredit təqdim edir.
Belə ki, bu məhsul sahibkarlar üçün 100 000 AZN-dək mikro və aqro kredit vəsaitini 48 ayadək müddətdə əldə etmək rahatlığı yaradır. Həmçinin məhsul çərçivəsində tətbiq olunan 18 ayadək güzəşt müddəti sahibkarlara bu müddətdə kreditin əsas məbləği üzrə ödənişdən azad olmaqla maliyyə vəsaitlərini bizneslərinin inkişafına yönəltməyə şərait yaradır.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə təklif olunur.
Qeyd edək ki, mikro kredit əldə etmiş sahibkarlar sığorta və hesab açmaq kimi xərclərdən azad olacaqlar.
Təklif bununla bitmir!
Belə ki, sahibkarın maliyyə ehtiyaclarına uyğun olaraq
• kredit vəsaitinin tranşlarla əldə edilməsi və
• sərbəst ödəniş qrafikinin formalaşdırılması təklifə daxildir.
Eyni zamanda, mikro və aqro kredit üzrə biznesin qiymətləndirilməsi üçün əlavə xərc nəzərdə tutulmur.
Məhsulun şərtləri, müraciət qaydaları haqqında məlumat və sifariş üçün Expressbankın rəsmi saytı:
Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / marja.az

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Green Card nədir və onu necə əldə etmək olar?
Swift nədir?
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız