Expressbank Samuxda sahibkarlarla görüşüb

Expressbank Samuxda sahibkarlarla görüşüb®Expressbank kənd təsərrüfatına və aqrar Biznesin inkişafına dəstək məqsədilə təşkil olunan növbəti Aqrar Biznes Festivalında iştirak edib.
Belə ki, Expressbank Samux rayonunda keçirilən Aqrar Biznes Festivalında, eləcə də, yerli məhsulların tanıdılmasına həsr olunan II Ərik Festivalında iştirak edib.
Festival çərçivəsində bank nümayəndələri ziyarətçilərlə birbaşa ünsiyyət quraraq fermer və sahibkarlar üçün nəzərdə tutulmuş güzəştli kredit məhsulları, sürətli maliyyələşmə imkanları və rəqəmsal bankçılıq xidmətləri barədə ətraflı məlumat veriblər. Bankın stendi yerli istehsalçılar və sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.
Festival çərçivəsində "Dövlətin maliyyə mexanizmləri" mövzusunda keçirilən növbəti panel müzakirəsi zamanı Expressbankın Gəncə filialının müdiri Orxan Pənahov çıxış edib. O, çıxışında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarından bəhs edərək, Expressbank tərəfindən dövlətin dəstəklədiyi maliyyə proqramları çərçivəsində fermer və aqrar biznes nümayəndələrinə təklif olunan uyğun faizli kredit məhsulları, vergi və subsidiya mexanizmləri haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, tədbirdə iştirak Expressbankın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müştərilərə daha yaxın olmaq və bu sahənin maliyyə əlçatanlığını artırmaq istiqamətində atdığı addımların davamı olaraq qiymətləndirilir.
Expressbankın fermer və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün təqdim etdiyi Aqro Kredit məhsulu haqqında daha ətraflı məlumatı Bankın saytından əldə edə bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

Banklar     Tarix: 24 iyun 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun