Expressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçirib

Expressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçirib®Expressbank maliyyə savadlılığının artırılması və gənclərin müasir maliyyə xidmətlərindən daha təhlükəsiz şəkildə istifadəsinin təşviqi istiqamətində fəaliyyətinin davamı olaraq tələbələrlə görüşüb. Bank tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün rəqəmsal bankçılıq, kibertəhlükəsizlik və istehlakçı hüquqları mövzularını əhatə edən təlimlər təşkil olunub.
Təlimlər çərçivəsində tələbələrə debit və kredit kartlarının əsas fərqləri, kart məhsulları seçilərkən diqqət edilməli məqamlar, rəqəmsal ödəniş üsulları, NFC və QR ödənişlər, həmçinin Apple Pay və Google Pay kimi rəqəmsal ödəniş həllərindən təhlükəsiz istifadə barədə məlumat verilib. Bununla yanaşı, şəxsi məlumatların qorunmasının əhəmiyyəti, sosial şəbəkələrdə həssas məlumatların paylaşılmaması, onlayn hesabların şifrələrinin mütəmadi yenilənməsi və ictimai Wi-Fi şəbəkələrindən istifadə zamanı ehtiyatlı davranmağın vacibliyi diqqətə çatdırılıb.
Təlimin digər istiqaməti kibertəhlükəsizlik olub. Tələbələr fişinqin müxtəlif formaları, onlayn dələduzluq və fırıldaqçılıq üsulları, eləcə də bu risklərdən qorunmaq üçün tətbiq edilə biləcək praktiki müdafiə üsulları barədə məlumatlandırılıblar.
İstehlakçı hüquqları mövzusunda isə bankla bağlanan müqavilələr zamanı diqqət edilməli əsas məqamlar, Standart Məlumatlandırma Formasının mahiyyəti və müştərinin bu sənədi imzalamazdan əvvəl diqqətlə oxumasının əhəmiyyəti izah edilib. Həmçinin hər hansı narazılıq və ya problem yarandığı halda ilk növbədə maliyyə institutuna müraciət etməyin əhəmiyyəti, Mərkəzi Banka və məhkəməyə müraciət imkanları və bu proseslərin ümumi qaydası barədə məlumat verilib.
Təlimlər Expressbankın peşəkar təlimçiləri – İqtisadi təhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Alvina Əliyeva tərəfindən keçirilib.
Expressbank məsuliyyətli maliyyə qurumu olaraq cəmiyyətin maliyyə savadlılığının yüksəldilməsini sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biri hesab edir. Bank, xüsusilə gənclərin maliyyə məhsulları və xidmətləri barədə düzgün məlumatlandırılmasına, rəqəmsal maliyyə alətlərindən təhlükəsiz istifadənin təşviqinə və istehlakçı hüquqları barədə məlumatlılığın artırılmasına xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Expressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçiribExpressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçiribExpressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçiribExpressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçiribExpressbank UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri keçirib/ banker.az

Banklar     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı İranı Milli Bankının ölkədə fəaliyyət göstərən filiallarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Qərara əsasən, "Bank Melli İran"ın filialların

Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün potensialının reallaşdırılması Azərbaycan üçün ÜDM-in 1,84 % səviyyəsində əlavə artımını təmin edə bilər, bu da cari qiymətlərlə təqribən 1,3 milyard AB

Kartlar ilə bağlı yeni məhdudiyyətə aydınlıq gətirildi - AÇIQLAMA

Ödəniş kartı və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) açıqlama yayıb. Marja xəbər verir ki, açıqlamada deyilir:. VTB-də minimal fai

Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur. Bunu ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib. Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyə

Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb. 2026-cı ilin Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. 2025-ci ilin avqustunda göstərici 21 milyon 129 min ədə

Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb

Kreditlərin sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 8 ayında azalıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ödənişlərin həcmi 2025-ci ilin yanvar-avqustundakı 47,2 min manatdan 33,6 mi

Təyyarə sığortasında 587 min manatlıq ödəniş

2026-cı ilin ilk 8 ayında hava nəqliyyatı vasitələrinin sığortası üzrə 586,6 min manat sığorta ödənişi həyata keçirilib. Marja xəbər verir ki, Mərkəzi Bankın məlumatlarında 2025-ci ilin eyni dövrü üzrə bu sığorta sinfind

Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub

Azərbaycan-Oman Birgə İnvestisiya Fondu "AzərTürk Bank" ASC-nin 25%-lik payını əldə edəcək. Bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi

Əcnəbilərin Azərbaycan banklarındakı depozitləri ₼1.6 mlrd. çatıb, bunun 45%-i manatdadır

Azərbaycanda qeyri-rezident fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı ilin avqustunda aylıq 100,2 milyon manat və ya 6,7% artaraq 1 milyard 584,7 milyon manata və ya təqribən 932,2 milyon ABŞ dollarına çatıb


iqtisadi xeberler online pul qazanmaq dollar manat kursu bank faizleri bitcoin qiymeti